Rusiya Polşa baş konsulluğunu bağladı, diplomatlara vaxt verdi - ölkəni tərk edin
Rusiya, yanvarın 10-da Polşanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayacağını bəyan edib. Məlumata görə, bununla bağlı qərar diplomatik kanallar vasitəsilə Polşaya da çatdırılıb.
Konsulluqda işləyən üç polşalı diplomat “persona non-qrata” elan edilib və onlara Rusiyanı tərk etmək üçün vaxt verilib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu addım Polşanın oktyabrın 22-də Rusiyanın Poznandakı baş konsulluğunu bağlamasına və 10 rus diplomatını ölkədən çıxarmasına cavabdır.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Rusiyanın ölkədəki digər baş konsulluqları “müəyyən şərtlər daxilində” bağlana bilər.
TAHİR