OPEC+ nazirləri bu gün toplanır - gələn il üçün neft hasilatı müzakirə olunacaq
Bu gün OPEC+ nazirləri ən azı 2025-ci ilin əvvəlinə qədər neft hasilatı planlarını müzakirə etmək videokonfrans vasitəsilə görüşəcəklər. OPEC+ nazirlərinin iclasları artıq altı aydan bir keçirilir. Dekabr iclası əvvəlcə dekabrın 1-nə təyin edilmişdi. Lakin daha sonra bəzi Yaxın Şərq nazirlərinin Küveytdə Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirakı ilə əlaqədar dekabrın 5-nə təxirə salınıb.
OPEC+ ölkələri ənənəvi olaraq neft bazarındakı mövcud vəziyyəti müzakirə etməli, həmçinin gələn il üçün hasilat planları barədə qərar qəbul etməli olacaqlar. OPEC+ nazirlərinin monitorinq komitəsinin iclasının Bakı vaxtı ilə saat 15:00-da, OPEC+ nazirlərinin ümumi iclasının isə saat 15:30-da başlaması planlaşdırılır.
Mətləb Salahov