Təhlükəsizlik təmin olunarsa, qaçqınlar Hələbə qayıdacaqlar - türkiyəli nazirdən AÇIQLAMA
“Türkiyədəki 2 milyon 938 min suriyalı qaçqının ən azı 42 faizi (təxminən 1 milyon 250 mini) bu gün də aktiv döyüşlərin davam etdiyi Hələb vilayətindəndir. Suriyanın bu hissəsində sabitlik təmin olunarsa, bu insanların hamısı öz evlərinə qayıdacaqlar”. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya çərşənbə günü bildirib. Nazir xatırladıb ki, hələ 2011-ci ildə Hələbdə 4 milyon insan yaşayırdı.
O qeyd edib ki,ümumilikdə 2016-cı ildən bəri Türkiyədən Suriyaya 737 min qaçqın qayıdıb. SİTAT: “Əgər 2016-cı ildə Türkiyədən vətənlərinə ayda orta hesabla 4 min qaçqın qayıdıbsa, 2024-cü ilin əvvəlindən bu rəqəm 11 min 400 nəfərə çatıb”, - deyə nazir qeyd edib.
Mətləb