Vasif Talıbovun qardaşı Məhərrəmin sədri olduğu federasiya da ləğv edildi...
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb. Məlumata görə, bu dəfə Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının rəhbəri Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da ləğv edilmişdi.
ZÜMRÜD