Ehtiyac meyarı və yaşayış minimumu artırıla bilər...
Cari ildə ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Bu tendensiya gələn il də davam edəcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, həm ehtiyac meyarının, həm də yaşayış minimumunun 24 manat artırılaraq 270 manata çatdırılması təklif olunur.