Bu ölkə "Hizbullah"ı terror təşkilatı elan etdi
Yeni Zelandiya hökuməti Livanın "Hizbullah" radikal hərəkatına terror təşkilatı statusu verib. Bu barədə RNZ radiostansiyası məlumat yayıb.
Baş nazir Kristofer Klakson vurğulayıb ki, hakimiyyət "Hizbullah"ı terror təşkilatı siyahısına daxil etmək üçün bütün lazımi sübutlara malik idi. Bundan əlavə, bütün lazımi hüquqi prosedurlara əməl edilib.
Mətləb