Alman klubu bu futbolçu üçün 120 milyon avro transfer qiyməti qoyub
"Bayer"in yarımmüdafiəçisi Florian Virtz karyerasını "Mançester Siti"də davam etdirmək istəyir. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Medianın yazdığına görə, Leverkuzen təmsilçisi transfer üçün "şəhərlilər"dən 120 milyon avro istəyəcək. Alman klubu futbolçunun başqa kluba keçidinə yalnız bu məbləğdə razılıq verəcək.
21 yaşlı alman futbolçu “Mançester Siti”də müqaviləsi başa çatmaq üzrə olan Kevin De Bruyneni əvəzləmək istəyir. Virtzə daha əvvəl "Real" və "Bavariya"dan da təklif gəlib. Lakin o, bu komandalarda start heyətdə oynamaq imkanını görmədiyi üçün "Mançester Siti"yə keçməyə üstünlük verib.
Mətləb