"COP29-un Bakıda keçirilməsi tarixi addımdır" - UNWTO Baş katibi
COP29-un Bakıda keçirilməsi tarixi addımdır. Trend xəbər verir ki, verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili COP29 çərçivəsində təşkil olunmuş Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə bildirib.
O, Azərbaycanı və dünyanı bu mühüm tədbirin Bakıda təşkil olunması münasibətilə təbrik edib.
"COP tarixində ilk dəfə olaraq turizmlə bağlı məsələlər gündəmə daxil edilib və bu, sektor üçün böyük əhəmiyyət daşıyır. 29 il ərzində heç vaxt turizmdən danışılmayıb. Bu, ilk dəfədir və buna görə bu gün turizm sənayesi üçün tarixi gündür. Bu hadisənin Azərbaycanda baş verməsindən çox məmnunam, çünki bu, böyük və vacib bir ənənənin başlanğıcıdır.
Turizm sülhün təmin olunmasında mühüm rola malikdir. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühit problemləri, o cümlədən ərzaq tullantıları kimi məsələlər də turizmə təsir edir və bu sahədə yeni çağırışlar yaradır",- deyə o qeyd edib.