İki "Hürrəm Sultan" bir serialda...
Türkiyəli aktrisalar Vahidə Perçin və Məryəm Uzərli "Şakir Paşa Hamedanı: Mucizeler ve Skandallar" serialında rol alacaq. Artıq ötən gün ekran işinin 2-ci tizeri yayımlanıb. Video çarxda hər iki aktrisanın yer alması sosial media seqmentində illər əvvəl rol aldıqları "Möhtəşəm yüz il" serialını yenidən gündəmə gətirib.
Qeyd edək ki, aktrisalar illər əvvəl sözügedən serialda "Hürrəm sultan"ı canlandırıblar. Belə ki, Məryəm səhhətində yaranan problemlər səbəbindən ekran işindən ayrıldıqdan sonra onu Validə əvəz edib.
Mətləb