Pensiyalar artır - 11 faiz...
Gələn il pensiyaların orta hesabla 11 faiz artırılması mümkün olacaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
O bildirib ki, cari və növbəti illərdə də orta aylıq pensiyanın orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq 46,8 faiz və 49,3 faiz olmaqla, Avropa sosial xartiyasının tələblərinə cavab verəcək. Eyni zamanda, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.
ZÜMRÜD