KÖHNƏ VERSİYA            

Rüfət Əsədullayevin dünyaya gəldiyi gündür

Image

O hərbiçidir. O, Azərbaycanın ərazi bütöv­lü­yü uğruna savaşıb. O qazidir. Savaşda yaralanıb. Canının yarısı zədə alıb: gözü, əli, ayağı...

Hospitaldan çıxanda evə dönüşünün video­görüntülərinə baxmışdım. Bütün əhali onu qarşılamağa çıxmışdı. Maşın karvanının sonu görünmürdü. Gözü, qolu sarıqlı idi. Ayağı yaralı olduğundan güclə addımlayırdı. Hamı adını çağırırdı, hamı “qəhrəmanımız” deyirdi. Çox kövrəlirəm qazilərimizin evə dönüşünü sər­gi­ləyən video görüntülərə baxanda. Onları yaxından görmək, bağrıma basmaq istəyirəm. Ona da sarılmaq istəyirdim. 

İlk dəfə Astaranın Ərçivan kəndində igidliyi əfsanə olan kapitan Şahnur Hüseynovun xatirə bulağının açılışına gedəndə gördüm onu. Boynuna sarıldım elə. O qədər məsum, yara­şıqlı, təvazökardı.

“Xalqımın, torpağımın azadlığı uğruna savaşmışam. Elədiklərimi də qəhrəmanlıq saymıram”- deyir.

Bədəninin yarısı yaralı qəhrəmanım neçə aydı müalicə alır. Diqqət çəkməsə də bə­də­nin­də qəlpələrlə gəzir. Hələ müalicəsi bitməsə də, “necəsən?” soranlara “Ürəyimin yarası sa­ğa­lıb” deyir.

O, Milli Ordunun baş leytenantı Rüfət Eldar oğlu Əsədullayevdi: Uşaqlıqdan hərbiçi olmaq istəyirdim. Məktəbi bitirəndən sonra Hərbi Akademiyaya getdim. Nə yaxşı ki hərbini seç­dim. Torpaqlarımızın azadlığı uğrunda döyüş­mək mənə də nəsib oldu. Bu hərbiçi kimi deyil, vətən övladı kimi mənim borcumdu. Sa­vaşda heç kim qəhrəmanlıq haqda düşünmür, amma qalib olmaq üçün döyüşür. Elə igid oğullar vardı... 

1994-cü il noyabrın 12-də Astaranın Ərçi­van qəsəbəsində dünyamıza gəlib. 2000-2011-ci illərdə Natiq Kərimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. 4 il Heydər Əli­yev adına Azərbaycan Ali Hərbi məktəbinin kursantı olub. Yerüstü artilleriya ixtisası üzrə bitirib hərbi məktəbi. 2015-ci ildə leytenant hərbi rütbəsi ilə Ağcəbədi rayonu N saylı hissədə xidmətə başlayıb.

2016-cı il aprel döyüşlərinin iştirakçısıdır qəhrəmanım.

2018- ci ildə baş leytenant hərbi rütbəsi ilə hərbi xidmətinə davam edib. 

İkinci savaşın ilk günündən igidliyi ilə se­çilib. Ən çətin tapşırıqları, əməliyyatları ye­rinə yetirib. Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanıb hədsiz cəsurluğu ilə hamının se­vim­lisi olan Rüfət Əsədullayev. Tank əleyhinə bölüyün komandiri düşmən tankını birinci özü vurub. Bunları demir.

Özü haqqında çox danışmağı sevmir: Nə deyim ki? Hərbiçi olmaq arzum olub. Həmişə müharibə olacağını, döyüşəcəyimi, ermənilər­dən qisas alacağımı, torpaqlarımızı azad edəcəyimizi düşünürdüm. İstəklərim yerinə yetdi. Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim. Məni Hünər adlı gizirimiz xilas etdi. Elə oğuldu ki, Hünər. Bir düşmən texnikasını gözdən qaçırmazdı. 

2015-ci ildən müddətdən artıq hərbi xid­mə­tə başlayan gizir Hünər Məmmədov haq­qında öyrəndiklərim heyrətə salır: təkcə Cəb­rayıl uğrunda döyüşlərdə düşmənin onlarla tankını sıradan çıxarıb Hünər.  Bəzən deyirlər “adam adına oxşayır”, elə bil Hünər üçün deyilib. Hünəri ilə ad qazanıb Hünər. “Ona baxanda bütün həyəcanın yoxa çıxırdı. Çox hünərlidi adı kimi” dedilər döyüş yoldaşları. Hünərin həyəcanı isə hələ yoxa çıxmayıb: Qələbəyə inanırdıq. Qələbəmizdən qürur du­yu­ram. Amma o günlərdən danışmaq çətindi. Döyüş yoldaşlarının şəhid olduğunu görmək çox ağır idi. Unuda bilmirəm. Birlikdə döyüşə gedirdik: kimi şəhid oldu, kimi yaralandı, kimi sağ qaldı...Amma hamı qəhrəman idi. Onların mərdliyi hesabına qələbə qazandıq. Rüfət kimi oğulların varlığıdı qələbə. Onunla 2016-cı ildən tanışam. Müxtəlif təlimlərdə, kurs­lar­da birlikdə olmuşuq. 2017-ci ilin sonlarında yeni yaradılmış TƏİRK bölməsində xidmətə davam etmək üçün xüsusi kurslarda da birlikdə olduq. Çox savadlı, peşəkar zabitdi Rüfət.   Kursu ən yaxşı nəticə ilə bitirdiyi üçün bölməyə batareya komandiri təyin olundu. Bilmədiklərimi ondan öyrənmişəm həmişə. 2020-ci ildə düşmənin fəallığı artmışdı. Bizə baş verə biləcək təxribatların qarşısını almaq tapşırığı verilmişdi. Öz işimizi layiqincə ye­ri­nə yetirirdik. Burda da Rüfətin peşəkarlığı xüsusi rol oynayırdı. Tovuz hadisələrindən sonra səbrimiz tükəndi. Hər an əmr gözləyir­dik. Belə davam edə bilməzdi. Genişmiqyaslı hücum əmri alanda Rüfət bizi topladı, “Göz­lə­diyimiz gün gəlib çatdı. Biz torpaqlarımızı azad etmək xoşbəxtliyini yaşayacağıq. Həmin gün bu gündür”dedi. Cəbrayıl-Füzuli istiqa­mətində döyüşlər başladı. Daha az itkiylə daha çox düşməni məhv etmək üçün bölünüb müx­tə­lif istiqamətlərdən hücuma keçirdik. Oktyab­rın 7-də mənim heyətimin vəziyyəti gərgin idi. Gördüm Rüfət köməyə gəlib. Necə sevindim. O yanımda olanda daha inamlı olur­dum. Vəziyyət gözlədiyimizdən çətin idi: düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi ilə üz-üzə idik. Bu zaman da Rüfət ağlasığmaz igidlik göstərdi. Sağ qalanları başına toplayıb hücuma keçdi. Düşmənin diqqətini öz üzərinə çəkərək tank eleyhinə qurğunu hazırlamaq üçün mənə vaxt qazandırdı. Düşmənin 4 tan­kını vurdum. XTQ-də köməyə gəldi. Düşmən artıq qaçmağa üz qoymuşdu. Gözlərimə inan­mır­dım, texnikanı qoyub qaçırdılar. Birdən kimsə dedi ki, ağır yaralı var, çıxarmaq lazım­dı. Gedib gördüm ki, Rüfətdi. Qan içindəydi. Nə hala düşdüm... İlk tibbi yardım göstərdim. Artıq huşu gedirdi. Onu təcili yardım maşınına çatdırana qədər vurur, silkələyir, hey çağırır­dım: Kombat... Kombat... Həkim yaşayacağına inandırdı məni. Özüm də yaralanmışdım. Tibbi yardımdan sonra yenidən döyüşə qa­yıt­dım. Yaralı olmalarına baxmayaraq döyü­şən­lər çox idi. Düşmən məntəqələrini məhv etdik. 

Beləcə öz kombatını xilas edir Hünər Məm­mədov.

Bu döyüşdə Rüfət Əsədullayev rəhbərlik etdiyi 15 nəfərlik heyətlə düşmənin 10-dan artıq tankını, hərbi texnikasını, yüzdən artıq canlı qüvvəsini məhv edir. Hünərin dediyi kimi “düşmən qaçmağa məcbur olur”. İkinci Qarabağ savaşında şəhid olan Milli Qəhrəman polkovnik Şükür Həmidov bu döyüşə nəzarət edirdi. Şükürbəyli istiqamətində hücuma ha­zır­laşan düşmən tanklarının və canlı qüvvə­lə­rinin qarşısının alınması tapşırığını verir cə­nab polkovnik. İgidlərimiz bu tapşırığı ləya­qət­lə yerinə yetirirlər. 

“Bu döyüş çox həlledici idi. Düşmən hü­cu­mu­nun qarşısını ala bilməsəydik, azad et­di­yimiz əraziləri yenidən itirə bilərdik. Bu isə elə bizim üçün ölümə bərabər idi”-dedi Hünər.

Bir neçə günlük döyüş haqqında danışdı Hünər. Belə oğulları necə bağrına bas­ma­yasan? Onlara baxdıqca ən gözəl sözləri de­mək istəyirsən. Amma cəsurluqları, vətən sevgiləri qarşısında sözlər bəs etmir. Sənsə sadəcə bir yazı yazırsan. Onları tanıtmaq istə­yir­sən. Amma xalq, bu torpaq onu qoruyan, sevən oğullarını tanıyır. 

Yaralı Rüfət evə dönərkən yüzlərlə insan “Rüfət, Rüfət” deyib hay salmışdı. Bu sədalar vətən göylərinə yayılırdı. Və yayılacaq. Ulduzlar da eşidirdi bu adı. Və eşidəcək.

Biz Rüfətlərin, Hünərlərin adını nəsil-nəsil eşidəcəyik. 

Kəmalə ABIYEVA

P.S. “Azərbaycan Bayrağı” ordenli qəhrəmanımızı dünyaya gəldiyi gündə təbrik edir, ən gözəl, rahat günlər arzulayıram.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031