COP29-da dünyada İslam maliyyələşməsi müzakirə olundu
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı islam maliyyələşməsindən istifadə: Keçid, tənzimləmə və beynəlxalq əməkdaşlıq” mövzusunda Türkiyə Prezidentinin maliyyə idarəsinin təşkilatçılığı ilə panel sessiyası keçirilib.
Ekspertlərin iştirakı ilə keçirilən tədbirdə qeyd edilib ki, İslam maliyyəsi dünyada böyük önəm qazanır.
Belə ki, 2022-ci illə müqayisədə 11 faiz artım müşahidə olunub. Qeyd olunub ki, 57 ölkədə İslam maliyyəsi qaydaları mövcuddur. Tədbir iştirakçıları bildirib ki, bu gün 57 ölkənin hökuməti əhəmiyyətli İslam maliyyəsini tanıyıb və onun tətbiqinə, inkişafına kömək edəcək qaydalar yaradıb. Qeyd olunub ki, hazırda təxminən İslam maliyyəsinin həcmi 4,9 trilyon dollardır, növbəti beş ildə isə 7,5 trilyon dollardan çox olacağı proqnozlaşdırılır.
Əlavə edilib ki, Cənub-Şərqi Asiyada, Cənubi Asiyada və Türkiyədə İslam maliyyəsi dəstəyi ilə iqtisadi, sosial və ekoloji layihələr reallaşdırılır.
Daha sonra panel sessiyasi müzakirələrlə davam edib.
ZÜMRÜD