Fernando Muslera “Bavariya”ya qarşı oynayacaq?
İstanbulun "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın vəziyyəti klubunda ciddi narahatlıq yaradıb. Çünki dünən "Kasımpaşa"ya qarşı evdə keçirdiyi matçda (2:1) zədə alan qapıçı meydanı tərk etmək məcburiyyətində qalmışdı.
"Qalatasaray"ın həkimi Yener İnce də Musleranın dirsəyində problem olduğunu, onun durumuna bu gün aydınlıq gələcəyini söyləyib.
Əgər zədəsi ciddi olsa, Muslera "Qalatasaray"ın növbəti matçını - noyabrın 8-də "Bavariya"ya qarşı Münhendə keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin oyununu buraxmalı olacaq.
Mətləb