Erməni nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb etdi
Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə çıxış edərkən oğlanlarını respublikanın silahlı qüvvələrində xidmətdən müxtəlif yollarla yayındıran məmurları cəzalandırmağı tələb edib.
“Hərbi xidmətə çağırış hələ də üzləşdiyimiz problemdir. Ermənistan vətəndaşı öz övladının silahlı qüvvələrdə xidmətə getməməsi naminə onu vətəndaşlıqdan imtinaya məcbur edir. Biz belələrini lüstrasiya etməliyik”, - deyə Papikyan vurğulayıb.
Nazir deyib ki, bu tədbirin ilk növbədə dövlət idarəçiliyi sistemində çalışanlara şamil olunması təklifi ilə artıq baş nazirə müraciət edib. O, belə məmurların adlarını çəkəcəyini bildirib.
ZÜMRÜD