Rusiya 50 minlik ordu ilə Kursk əməliyyatına başlayır - Trampın andiçməsinə qədər…
Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun nəzarəti altında olan Kursk bölgəsindəki torpaqları Donald Trampın andiçmə mərasiminə qədər (20 yanvar) geri almaq istəyir.
İddialara görə, bu məqsədlə bölgədə 50 minə qədər Rusiya və Şimali Koreya əsgərindən ibarət birlik yaradılıb.
Britaniya hərbi kəşfiyyatı isə bildirir ki, yaxın günlərdə Rusiyanın Ukraynaya kamikadze dron hücumlarını artıracağı gözlənilir. “The Telegraph” yazır ki, bu bölgədəki toqquşmalarda üstünlük əldə etmək və Kurskda torpaqların geri alınmasını sürətləndirmək məqsədi daşıyır.
TAHİR