KÖHNƏ VERSİYA            

Ulu Öndərimiz Heydər Əliyevin əmanəti – Zəfər Bayrağımız

Image

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis olunub. Azərbaycan xalqı 15-ci yubiley ilinə qədəm qoyduğumuz Bayraq Gününü 4 ildir ki, böyük qürur və qələbə əzmi ilə - öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətin vətəndaşları kimi, təntənəli şəkildə qeyd edir. Dünən isə, cənab Prezidentin Dövlət Bayrağı Meydanında Azərbaycanın ən böyük üçrəngli Bayrağını ucaltması hər bir azərbaycanlının içindəki fərəh hissini yenidən zirvələrə qaldırdı.

Azərbaycan xalqının məfkurəsində bayraq milli kimlik, milli mövcudluq nişanəsi kimi dərin həkk olunub. Hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşaraq, özünün qürur mənbəyi hesab edir. Ona görə də, bayraq daha böyük milli məzmun daşıyır. Ulu Öndərimiz Heydər Əliyevin böyük fəxarətlə söylədiyi kimi “Bayraq bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Müstəqil dövlətimizin atributlarından biri olan bayrağa böyük ehtiramın, dərin milli bağlılığın əlaməti olaraq Heydər Əliyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi, cəmi 2 il dalğalanan üçrəngli bayrağımızı milli yadigar kimi 70 il sonra yenidən müstəqil dövlətimizin əbədi rəmzinə çevirdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Xalq Cümhuriyyətinin varisi olan Dövlət Bayrağı Məclisdə yenidən ucaldıldı. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Bundan sonra 1991-ci il fevralın 5-də Ali Sovetinin qərarına əsasən üçrəngli bayrağımız Dövlət Bayrağı kimi qəbul olundu.

Ulu Öndər qeyd edirdi ki, “Biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır”. O, bu əzmkarlığı, qorxmazlığı və bayrağa olan sonsuz sevgisi, müstəqillik və azadlıq mübarizliyi ilə həmin dövrdə ona qarşı yönələn bütün təzyiqlərin hər birini dəf etdi və Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atdı.  Müasir dövlətçiliyimizin memarı olan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz istiqlalına və səadətinə qovuşaraq milli kimliyinə və milli rəmzlərinə də sahib çıxdı.

Azərbaycanın milli simvollarına böyük dəyər verən İlham Əliyev üçrəngli bayrağımızı müstəqil Azərbaycanın ən ali rəmzi kimi əbədiləşdirmək üçün 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışını edərək ən yüksək zirvədə dalğalandırdı.

Dövlət Bayrağı Meydanında həm də Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Burada 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” deyən dövlətimizin başçısının tövsiyəsinə əsasən bütün bölgələrdə Bayraq Meydanları, Bayraq Muzeyləri yaradılıb. 

Bu, milli həmrəylik və azərbaycançılıq məfkurəsini təşviq etməklə yanaşı, gələcək nəsillərin milli atributlarımıza dərin ehtiramını qoruyub saxlamaq, onları vahid ideya ətrafında sıx birləşmək məramına xidmət edir. 

“Bu dövlət və bayraq gənclərə əmanətdir” deyən Ümumilli Lider onu etibarlı əllərə əmanət etdi. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən işğalından azad edərək ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bayrağımız 30 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində və Suqovuşanda ucaldı.

Qalib Sərkərdə ən böyük müjdəni 2020-ci il noyabrın 8-də Dövlət Bayrağı Gününün
 11-ci ildönümündə verərək üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bildirdi. 2021-ci il yanvarın 14-də Şuşa şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltmaqla Ata vəsiyyətini həyata keçirdi.

Prezident İlham Əliyevin komandanlığı ilə Silahlı Qüvvələrimiz 2023-cü il sentyabrın 19-da 23 saatlıq anti-terror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz hərbi rejimin son qalıqlarını da darmadağın edərək ölkəmizin bütün ərazilərində Konstitusiya quruluşunu bütövləşdirdi. Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına, Əsgəran qalasına səfər edərək Azərbaycan Bayrağını ucaltdı.

İki ay əvvəl, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışını da təmin etməklə Bayrağımızı Qarabağın ən uca Zirvəsinə qaldırdı.

Üçrəngli bayrağımız həm də Vətən müharibəsinin qalibiyyət rəmzi, rəsmi simvollarından biridir. Azərbaycan əsgəri tərəfindən Şuşada qaldırılan bayraq İkinci Qarabağ müharibəsinin Zəfər Bayrağı elan olunub və 2020-ci il dekabrın 10-da keçirilən Qələbə Paradında nümayiş etdirilib. 

34 il əvvəl Naxçıvanda ucaldılan müstəqilliyimizin rəmzi üçrəngli bayrağımız bu gün suveren Azərbaycan Respublikasının bütün ərazisində Zəfər Bayrağı kimi dalğalanır. 

Ramid Namazov
Milli Məclisin deputatı







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

SON XƏBƏRLƏR

13.12.2024 | 23:10
Rusiya Suriyanın taxılını kəsdi...

13.12.2024 | 22:28
"Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır" Hikmət Hacıyev

13.12.2024 | 21:44
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçildi - FOTO

13.12.2024 | 21:18
Suriya erməniləri əslində Paşinyana daha lazım deyil - onları istifadə edib atdılar...

13.12.2024 | 21:02
Paşinyan hələ də “Sovet Ermənistanının xəritəsi” üzərində oynayır, ərazi iddiasını isə yerə qoymur...

13.12.2024 | 20:47
Türkiyə-Ermənistan sərhəd görüşlərinin yeni mərhələsi başladı...

13.12.2024 | 20:32
O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

13.12.2024 | 20:18
Qərbi azərbaycanlıların qayıdışı dünya gündəminə oturur - Ermənistan əndişə içindədir...

13.12.2024 | 20:04
İran Gürcüstan azərbaycanlıları arasında şübhəli işlər görür...

13.12.2024 | 19:49
Avropa dövlətləri Suriya qaçqınlarını sığınacaq hüququndan məhrum edir...

13.12.2024 | 19:35
14 dekabr - Gürcüstanda silahlı üsyan anonsu verildi... "cinayətə uymayın" əks çağırışlar var...

13.12.2024 | 19:22
Paşinyanın Avropa Birliyi siyasəti başdan-ayağa ziddiyyətlidir, həm də rişxənd obyekti olur...

13.12.2024 | 19:08
Köçəryan, Sarkisyan və Ohanyan müharibə cinayətlərinə görə layiqli cəzalarını ilk növbədə almalıdır...

13.12.2024 | 18:54
Bir saatlıq Makron-İvanişvili telefon danışığının ilginc detalları...

13.12.2024 | 18:40
Qlobal soyqırım forumunda Ermənistanın daha bir cəhdi iflasa uğradı...

13.12.2024 | 18:27
Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

13.12.2024 | 18:14
Yerli istehsal avtobuslar 8 illiyə vergidən azad olunacaq - nə faydası var?..

13.12.2024 | 18:00
Paşinyan Bakının son layihəsinə cavabı Trampa görə(?) gecikdirir...

13.12.2024 | 17:53
"Bakı Sığorta"nın lisenziyası ləğv edildi

13.12.2024 | 17:48
Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət etdi - FOTO

13.12.2024 | 17:46
Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

13.12.2024 | 17:33
Medvedyev Suriya ordusunun zəifliyini Bəşərin idarəçiliyinin üstünə atdı, "ölkə bölünəcək" dedi...

13.12.2024 | 17:20
Kənd kitabxanaları getdikcə istifadəsiz hala düşür - çıxış yolları...

13.12.2024 | 17:08
Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr başladı....

13.12.2024 | 17:01
Xocalının Ballıca kəndinə köç başladı - FOTO/YENİLƏNDİ

13.12.2024 | 16:57
ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər... Trampdan mesaj - Hər an hər şey ola bilər...

13.12.2024 | 16:51
Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir - FOTO

13.12.2024 | 16:37
Səfərbərlik Xidməti də ödənişli hərbi xidmətlə bağlı təklifi dəstəklədi...

13.12.2024 | 16:28
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü - FOTO

13.12.2024 | 16:24
Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir

13.12.2024 | 16:15
Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına qarşı çıxdı - qəti əleyhinəyəm...

13.12.2024 | 16:12
Prezident Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqlədi

13.12.2024 | 16:11
Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edildi

13.12.2024 | 16:09
Azərbaycanla Səudiyyə arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi

13.12.2024 | 16:05
Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

13.12.2024 | 16:03
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun təsdiqləndi

13.12.2024 | 15:55
Ağsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTO

13.12.2024 | 15:53
Lerikdə narkokuryer külli miqdarda narkotiklə tutuldu - FOTO

13.12.2024 | 15:37
Azərbaycan SQ-nin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi 35-dən 30-a endirilir

13.12.2024 | 15:26
Dinc dövrdə bu vətəndaşlar hərbi xidmətə çağırılmayacaq...

13.12.2024 | 15:16
Bakıda 4 nəfəri aldadıb pullarını ələ keçirən dələduz yaxalandı...

13.12.2024 | 14:37
Avropa İttifaqı dron ordusu yarada bilər...

13.12.2024 | 14:23
Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişir

13.12.2024 | 14:11
ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyəti qoydu...

13.12.2024 | 14:10
Göyçayda pirotexniki vasitələr satan şəxs saxlandı

13.12.2024 | 14:00
Tanınmış restoranlar MICHELIN Guide İstanbul, İzmir, Muğla 2025 seçiminə qoşuldu

13.12.2024 | 13:51
Bakıda 15700 manatlıq mənimsəmə - şirkətin soyuducularını satıb pulunu ələ keçirdi

13.12.2024 | 13:28
Bakıda narkokuryerlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var - FOTO/VİDEO

13.12.2024 | 13:17
Heydər Əliyevin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu

13.12.2024 | 13:13
Müdafiə Nazirliyində daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olundu

13.12.2024 | 13:03
Что стоит за американской любовью к Армении? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.12.2024 | 12:50
Tramp Avropa ölkələrinin Ukraynaya əsgər göndərməsini istədi, öz əsgərlərini isə göndərmir…

13.12.2024 | 12:47
Ali Məhkəmədən qərar - kommunal borc bu hallarda silinəcək...

13.12.2024 | 11:16
Dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

13.12.2024 | 11:03
Sabah Gürcüstanın taleyi həll olunacaq - CANLI

13.12.2024 | 10:54
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 30 yaşa endirilməsi təklif olunur

13.12.2024 | 10:40
Narkotik qəbul edib avtoşluq edən sürücü həbs olundu

13.12.2024 | 10:28
Paşinyan Moskvaya getdi

13.12.2024 | 09:37
ABŞ Ukraynaya yarım milyard dollarlıq yeni yardım paketini açıqladı

13.12.2024 | 09:24
Özəl pensiya fonduna rəsmi start verildi...

13.12.2024 | 08:38
Plastik cərrahlar göbələk kimi qaynayır - Səhiyyənin gözləmə mövqeyi təəccüblüdür...

12.12.2024 | 21:17
Türkiyənin İran və Rusiyaya xəyanəti? - Duqinin sərsəmləmələri...

12.12.2024 | 21:06
Suriya erməniləri niyə Yerevana qaçmaq istəyirlər?..

12.12.2024 | 21:01
Paşinyan Konstitusiyada Müstəqillik bəyannaməsinə istinadın təzə izahını ixtira etdi...

12.12.2024 | 20:46
Fransanın Azərbaycan iqtisadiyyatına investisiyası 1 ildə 77 dəfə artıb - inanılmaz...

12.12.2024 | 20:33
Suriya normallaşmasında Azərbaycanla Türkiyənin birgə vacib işləri var...

12.12.2024 | 20:18
Makron Fransada fövqəladə vəziyyətə hazırlaşır...

12.12.2024 | 20:03
Nazirliyin ali təhsil barədə təkliflərinə bir universitet rektorundan reaksiya yoxdur...

12.12.2024 | 19:49
Ermənilər Messinin Bakıya gəlişindən odlanıblar - "Biz də acığa Ronaldonu İrəvana gətirməliyik"...

12.12.2024 | 19:32
Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

12.12.2024 | 19:18
Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

12.12.2024 | 19:04
ABŞ-ın, Rusiyanın, Avropanın Suriya siyasətinə türk faktoru yön verəcək...

12.12.2024 | 18:48
Rusiya Əsədi təslim etməsə, Hmeymim bazası ölkədən çıxarılacaq...

12.12.2024 | 18:34
Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

12.12.2024 | 18:20
Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...

12.12.2024 | 18:06
Azərbaycan ailəsində braziliyalı dayələrə və aşpazlara üstünlük(?) verilir...

12.12.2024 | 17:53
Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

12.12.2024 | 17:40
Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

12.12.2024 | 17:27
Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 17:14
Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031