Zelenski Trampın müharibəni bitirmək planına qarşı çıxdı – “...qəbul etmirik, qərarı verən bizik”
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Ukrayna ilə Rusiya arasında müharibəyə son qoyacağı ilə bağlı açıqlaması Kiyev tərəfindən birmənalı qarşılanmayıb.
Avropa Siyasi Birliyinin Sammitində iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştdə səfərdə olan Zelenski mətbuat konfransı deyib ki, müharibənin tez bir zamanda dayandırılması ölkəsi üçün itki olacaq.
Trampın Rusiya-Ukrayna müharibəsilə bağlı açıqlamasını dəyərləndirən Zelenski, onun qısa müddətdə sülh istədiyinə inandığını deyib: “O bunu istəyir, ancaq bu, o demək deyil ki, belə olacaq”.
Zelenski müharibənin tez bir vaxtda başa çatmasının Ukrayna üçün “itki” demək olduğunu vurğulayıb: "Ona görə də istənilən qərara hazırlaşmaq lazımdır. Biz müharibənin ədalətli bitməsini istəyirik. Əminəm ki, müharibənin tez bir zamanda başa çatması Ukrayna üçün itkidir. Müharibənin tez bir zamanda başa çatması fikrini qəbul etmirəm. Bu mövzuda prezident Trampla hələlik danışmamışam”.
Ədalətli sülhü təmin etmək üçün hər cür konstruktiv dialoqa açıq olduqlarını bildirən Zelenski, “Ancaq bu müharibəni bitirmək üçün gündəmdə nələrin olub, nələrin olmamasına qərarı verən Ukraynadır” deyib.
TAHİR