KÖHNƏ VERSİYA            

Trampın əlində "bütün daşları tərpətmək” şansı var – “2025 hesabatında onun da adamları işləyib"...

Image

Respublikaçı Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra bütün dünyada xüsusi maraq doğuran hadisələrdən biri də Vaşinqtonun bundan sonra yürüdəcəyi xarici siyasətdir. Məsələ burasındadır ki, Demokratların dönəmində ABŞ daha çox savaşlara cəlb olundu, ölkənin nüfuzu əhəmiyyətli dərəcədə zədələndi. Hətta bu hal artıq ABŞ cəmiyyətində də ciddi yorğunluğa və narazılığa səbəb olub. Donald Trampın dönəmində buna son qoyulacağına böyük ümidlər bəslənir.

Qeyd edilənlər fonunda qələbəsindən sonra Floridada tərəfdarları qarşısında çıxış edən Tramp deyib ki, bu, Amerika xalqı üçün möhtəşəm qələbədir: “Bu, bizə Amerikanı yenidən möhtəşəm etməyə imkan verəcək”. Dünyanin bir çox ölkələri də artıq Trampı təbrik etməyə başlayıblar. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edərək xatırladıb ki, onun birinci prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında münasibətlər dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnib. Dövlət başçısı ümid etdiyini bildirib ki, Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq: “Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tamp “Birinci Amerikadır” prinsiplərinə əsaslanan geniş siyasət vədləri verdi. Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində ABŞ-ın xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir. Elə bu fonda hələ cari ilin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı da prezident İlham Əliyev ona diqqət çəkmişdi ki, Tramp dönəmində ABŞ müharibələr başlamayıb: “Bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, prezident Trampın kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir”. əslində, Azərbaycanın bu yanaşmasını dünyada bölüşənlərin sayı yetırincədir.

Onu da xatırladaq ki, Donald Tramp seçki kampaniyası boyunca Ağ evə geri dönərsə, nələrin dəyişəcəyi barədə böyük vədlər verdi: “Sizin dəstəyinizlə biz dövlətimizin gücünü, üstünlüyünü, rifah və qürurunu geri qaytaracağıq. Bu, Amerikanın yeni qızıl dövrü olacaq”. Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində Amerikanı “yenidən böyük” edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər.Tramp tez-tez öz siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədib, onları daxildəki düşmənlər adlandırıb və seçkidən sonra xaos yaranarsa, ordunun gücü ilə onların öhdəsindən çox asanlıqla gəlinə biləcəyini söyləyib. Vəzifəsini tamamlayan və seçkidə uduzan Kamala Harris onun bu sözlərindən sonra Trampın intiqama fokuslanan, narazılığın yeyib bitirdiyi və nəzarətsiz güc axtarışında olan adam olduğunu deyib. Ölkə daxilində ABŞ-nin məhkəmə sistemi Trampın təmizlik aparması gözlənilən sahələrdən biridir. Bu, xeyli dərəcədə onun birinci prezidentlik dövrü ilə bağlı çoxsaylı cinayət işinin olmasından qaynaqlanır. Həmin cinayət işləri arasında seçkiyə müdaxiləyə dair iddialar və 2020-ci ildə seçkidə yeniləndən sonra hakimiyyətin ötürülməsi prosesini sıradan çıxarmaq cəhdləri də daxildir. Tramp Kapitoli binasına 6 yanvar hücumuna qatıldığına görə həbs edilən dəstəkçilərini mütləq əfv edəcəyini də deyib. 2021-ci il yanvarın 6-da Trampın bir qrup dəstəkçisi Co Baydenin qələbəsinin təsdiqlənmə prosesini əngəlləmək üçün Konqres binasına hücum etmişdi. Bütövlükdə, bir çoxlarının proqnozuna görə, Tramp Vaşinqtonda yerləşən sağyönlü beyin mərkəzi “Heritage” Fondunun hazırladığı “Project 2025” sənədindən öz siyasəti üçün qəlib kimi yararlanacaq. Tramp seçki kampaniyası dövründə özünü “Project 2025”dən uzaq tutub və onun kimə aid olduğunu bilmədiyini iddia edib. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, bu sənədin hazırlanmasında Trampın əvvəlki administrasiyasında çalışmış, azı, 140 nəfər iştirak edib. Böyük ehtimalla, ABŞ-nin dünyada öz gücünü göstərmə tərzi də dəyişəcək. Tramp Rusiyanın Ukraynada apardığı müharibəni 24 saatda bitirə biləcəyini söyləyib. Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplara qarşı İsrailin iki cəbhədə apardığı savaşa gəlincə, Tramp İsraili işi bitirməyə çağırıb. ABŞ-ın Boston Kollecinin siyasi elmlər professoru Piter Skerri Trampın Moskva ilə Kiyev arasında bəlli bir çözüm əldə edilməsi üçün təzyiq edəcəyini gözlədiyini deyir. Onun proqnozuna görə, bu, Ukrayna tərəfi üçün böyük güzəştlər demək anlamına gələcək. Skerrinin fikrincə, Trampın İsraillə bağlı nə edəcəyi daha az bilinir. Ancaq Tramp İsraili sonunadək dəstəkləyəcəyini və üstəlik, ərəb-İsrail münasibətlərinin normallaşmasına yönəlmiş “İbrahim sazişi”ni dirçəltməyə çalışacağını deyib. “İbrahim sazişi”Trampın hakimiyyəti  dövründə - 2020-ci ildə, öncə İsraillə BƏƏ və Bəhreyn arasında imzalanan, həmin ilin sonunda Mərakeş və Sudanın da qoşulduğu silsilə sazişlərdir. Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil. Tramp birinci prezidentliyi dövründə Çinə qarşı ticarət savaşı başlatmışdı. Bu dəfə o, Pekin Tayvanın üstünə gedərsə, Çində istehsal olunan məhsullara sərt tariflər tətbiq edəcəyinə söz verib. Tramp daha öncə Çinin Tayvanı blokadaya məruz qoymaq cəhdinin qarşısını almaq üçün ABŞ-ın hərbi gücündən yararlanmayacağını deyib. O bunu Çin lideri Si Cinpin ilə münasibətlərinə görə etməyəcəyini söyləyib. Dördillik prezidentliyi dövründə Tramp NATO üzvlərinə tələb olunan müdafiə xərclərini ayırmaları üçün basqı göstərib. O zamandan bəri üzvlərin çoxu bu öhdəliklərini yerinə yetirib. Trampın prezidentliyi dövründə ABŞ BMT-nin mədəniyyət qurumu- UNESCO-dan, Rusiya ilə “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında”müqavilədən, İranla dünya güclərinin bağladığı nüvə sazişindən və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair Paris Razılaşmasından geri çəkilib. Dünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına reaksiyasına görə onun maliyyələşdirilməsini dayandırıb. Bayden administrasiyası ABŞ-ın bu razılaşma və qurumlardakı təsirini bərpa etməyi qarşısına məqsəd qoysa da, indi bir çoxları Trampın hakimiyyəti dövründə daha bir geriləmənin baş verəcəyini proqnozlaşdırır. Skerri deyir ki, Tramp daxili məsələlərə fokuslanan məqsədyönlü aktordur. Onun sözlərinə görə, Trampın yenidən öz relslərinə qayıdıb Vaşinqtonun bəzi dünya qurumlarındakı rolunu məhdudlaşdıracağını görmək təəccüb doğurmayacaq.

Tahir TAĞIYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 14:28
Makron İsraili tənqid edir, İrəvandakı səfiri isə İranın lehinə paylaşımlar edir - Fransanın Qərb ölkələrinə xəyanəti...

05.12.2024 | 14:21
Suyu süzülən BAKI...

05.12.2024 | 14:18
Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

05.12.2024 | 14:03
Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif edildi

05.12.2024 | 14:02
Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanladı

05.12.2024 | 13:25
Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirildi

05.12.2024 | 13:11
ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi

05.12.2024 | 12:30
"Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir" - Əziz Ələkbərov

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:53
“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub

05.12.2024 | 11:47
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:02
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:47
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

05.12.2024 | 10:20
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

05.12.2024 | 10:16
Sabah Bakı Təşəbbüs Qrupu Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

05.12.2024 | 10:15
"Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır" - Prezident

05.12.2024 | 10:10
ABŞ bu ölkəyə xəbərdarlıq etdi

05.12.2024 | 10:05
Prezident: "Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir"

05.12.2024 | 10:05
Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər

05.12.2024 | 10:00
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI

05.12.2024 | 09:50
"Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır"

05.12.2024 | 09:40
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı...

05.12.2024 | 09:30
Bu gün Culfanın bəzi kəndlərində qaz olmayacaq - XƏBƏRDARLIQ

05.12.2024 | 09:24
İpoteka ilə mənzil almaq istəyənlərə daha bir yaxşı şans açıldı....

05.12.2024 | 09:15
Bayden iclasda yuxuya getdi - Afrika liderlərinə 1 milyard dollar söz verdikdən sonra...

05.12.2024 | 09:11
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

05.12.2024 | 09:10
OPEC+ nazirləri bu gün toplanır - gələn il üçün neft hasilatı müzakirə olunacaq

05.12.2024 | 09:05
Roma Papası üçün yeni “Mercedes”

05.12.2024 | 09:00
Təhlükəsizlik təmin olunarsa, qaçqınlar Hələbə qayıdacaqlar - türkiyəli nazirdən AÇIQLAMA

05.12.2024 | 08:53
“Mançester Siti” və “Çelsi”dən qələbə, “Liverpul” xal itirdi

05.12.2024 | 08:48
Qobustanda zəlzələ olub

05.12.2024 | 08:40
Soydaşlarımızın Rusiyadan vətənə dollar göndərməsi çətinləşə bilər...

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031