KÖHNƏ VERSİYA            

Türk Dövlətləri Təşkilatının bayrağı üçün niyə belə forma seçildi?...

Image

Faiq Ələkbərli: “TDT-nin yeni bayrağındakı simvollar  bütövlükdə barışı, ədaləti, mənəvi birliyi, qardaşlığı ifadə edir”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər təşkilatın yeni bayrağını təsdiq ediblər. Bu barədə qərar TDT Dövlət Başçılarının Zirvə Görüşünün Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

"Bu bayraq TDT-nin missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsinin və hərtərəfli əməkdaşlığın əsas simvollarını təcəssüm etdirir", - deyə bayrağın təsdiq edilməsi barədə bəyanatda deyilir.

Qeyd edək ki, bayraq Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təsdiq edilib.

Bayrağa nə izah verilib? Niyə belə təsvir qəbul olunub? Bayrağın müəllifi kimdir?

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağının təsdiq edilməsi haqda qərarda qeyd olunur: “Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri tanıyaraq və çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birliyin və həmrəyliyin gücləndirilməsinə sadiqliyi təsdiq edərək 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İclasının Razılaşdırılmış Protokoluna əsasən, Dövlət Başçıları Şurası qərara alır.

1. Türk Dövlətləri Təşkilatının Bayrağını və onun təsvirini 1 və 2 saylı əlavələrdə göstərildiyi kimi qəbul etmək.
 2. Hazırkı Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türk Əməkdaşlıq Təşkilatlarının bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağı ilə uyğunlaşdırılmasına başlamaq və bu təşkilatların yenilənmiş bayraqlarını qəbul etmək".

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının Bayrağının təsviri bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib.

Mavi fon aydın səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir.

Səkkizbucaqlı ulduz əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı ulduz rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.

Bərabər paylanmış qırx düz şüası olan günəş işığı açıqlığı və həyat gücünü simvolizə edir. Şüalar Türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə aparan ortaq dəyərləri və ümumi baxışı təmsil edir. Türk dünyasında yaxşı tanınan aypara və ulduz türk dövlətçiliyini, inkişafı, gələcəyə istiqamətlənmiş arzuları və tərəqqini təmsil edir.

Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan TDT-nin dinamik və gələcəyə yönəlmiş ruhunu əks etdirir. Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsin və hərtərəfli əməkdaşlığın əsas simvollarını özündə cəmləşdirir.

“Bayraqdakı mavi rəng türklüyü, Tanrıçılığı ifadə edirsə, ağ rəng barışı, sülhü təcəssüm etdirir”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə Türk Dövlətləri Təşkilatının bayrağı türk xalqlarının keçmişdən bugünə qədər daşıdığı böyük bir mahiyyət kəsb edir. “Çünki bu bayraqdakı rənglər, simvollar hər bir türk xalqının mahiyyətini ifadə edir. Bunlar türk dövlətlərinin bayraqlarında da öz əksini tapır. Məsələn, mavi rəng bütün türk xalqlarında mühüm yer tutur. Mavi rəng həm də türklüyün və Tanrıçılığın simvoludur.   Əslində, türklüyün rəmzi kimi qiymətləndirilən mavi-gök (göy) rəng türklərin qədim inancı olan Tanrıçılıqla bağlıdır. Göy rəng səmanın və Tanrının varlığı ilə bağlıdır. Azərbaycanın da, Qazaxıstanın da, Özbəkistanın da və türk xalqlarının bayraqlarında bu rəng öz yerini tapır. Qırğızıstanın bayrağındakı   günəşi simvolizə edən elementin də xüsusi mənası var. Bilirik ki, türk xalqlarında günəş də mühüm yer tutub. Bir çox türk xalqlarının bayraqlarında günəş simvolu öz əksini tapıb və bu, TDT-nin yeni qəbul olunmuş bayrağında da var. Səkkiz guşəli ulduz yalnız Azərbaycanın bayrağında deyil, Səlcuq dövlətinin, eləcə də bir çox qədim türk dövlətlərinin bayrağında da vardı. Göytürk xaqanlığında da göy və digər rənglərdən istifadə olunduğu kimi, eyni zamanda Səlcuqlarda da səkkiz guşəli ulduz mövcud idi. Zamanla Osmanlıda da bu olub. Azərbaycan bayrağında da səkkiz guşəli ulduz əks olunub. Səkkiş güşəli simvol özündə türk xalqlarının mənəvi dəyərlərini və mənəvi birliyini əks etdirir. Aypara simvolu isə Azərbaycan bayrağında, Türkiyə bayrağında və digər xalqların bayraqlarında da var. Əslində bayraqdakı aypara ayın qutsallığını, müqəddəsliyini bildirir. Düzdür, bunun islamda da müəyyən anlamı var, ancaq bütövlükdə günəş, ay, ulduz  türk xalqlarının bayrağında geniş yer tapan anlayışlardır. TDT-nin yeni bayrağındakı simvollar  bütövlükdə barışı, ədaləti, mənəvi birliyi, qardaşlığı ifadə edir. Bayraqdakı mavi rəng türklüyü, Tanrıçılığı ifadə edirsə, ağ rəng barışı, sülhü təcəssüm etdirir”. 

F.Ələkbərlinin sözlərinə görə, burada Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Özbəkistanın və digər türk dövlətlərinə aid simgələr var ki, bütün bunlar hamısı türk xalqlarının birliyini ifadə edir: “Yeni bayraqda əks olunan simvollar keçmişdən günümüzə gələn Turanı, Tanrıçılığı təcəssüm etdirir.

Türk Dövlətləri Təşkilatının, türk dövlətlərinin ortaq bayrağı təkcə müstəqil türk dövlətlərini deyil, ümumiyyətlə bütün türk xalqlarını ifadə edir. Bu bayraq həm də Şimali Kipr Türk Cumhuriyyətinin,  uyğur türklərinin,  tatarların, krımlıların, kərküklərin, güney azərbaycanlıların və başqa türk xalqlarının bayrağıdır. Yarımmüstəqil, bəzi dövlətlərin tərkibində muxtariyyəti olan, yaxud heç bir haqqı-hüququ tanınmayan türk xalqlarını da özündə ehtiva edir. Bu bayraq əslində, bütün türk xalqlarının ortaq bayrağıdır. Ona görə də biz bu bayrağı belə də qəbul etməliyik. Türk Dövlətləri Təşkilatının bayrağını biz mədəni, mənəvi anlamda da anlamalı və qəbul etməliyik”-deyə F.Ələkbərli bildirdi. 

İradə SARIYEVA







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:20
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

05.12.2024 | 10:16
Sabah Bakı Təşəbbüs Qrupu Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

05.12.2024 | 10:10
ABŞ bu ölkəyə xəbərdarlıq etdi

05.12.2024 | 10:05
Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər

05.12.2024 | 10:00
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI

05.12.2024 | 09:50
"Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır"

05.12.2024 | 09:30
Bu gün Culfanın bəzi kəndlərində qaz olmayacaq - XƏBƏRDARLIQ

05.12.2024 | 09:24
İpoteka ilə mənzil almaq istəyənlərə daha bir yaxşı şans açıldı....

05.12.2024 | 09:15
Bayden iclasda yuxuya getdi - Afrika liderlərinə 1 milyard dollar söz verdikdən sonra...

05.12.2024 | 09:11
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

05.12.2024 | 09:10
OPEC+ nazirləri bu gün toplanır - gələn il üçün neft hasilatı müzakirə olunacaq

05.12.2024 | 09:05
Roma Papası üçün yeni “Mercedes”

05.12.2024 | 09:00
Təhlükəsizlik təmin olunarsa, qaçqınlar Hələbə qayıdacaqlar - türkiyəli nazirdən AÇIQLAMA

05.12.2024 | 08:53
“Mançester Siti” və “Çelsi”dən qələbə, “Liverpul” xal itirdi

05.12.2024 | 08:48
Qobustanda zəlzələ olub

05.12.2024 | 08:40
Soydaşlarımızın Rusiyadan vətənə dollar göndərməsi çətinləşə bilər...

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031