KÖHNƏ VERSİYA            

OPEC+ qərar verdi - Azərbaycan rahat ola bilər...

Image

OPEC+ ölkələri hasilatın bərpası üçün vaxta yenidən baxılacağını elan edərək, neftin qiymətinin 70 dollardan aşağı enməsini dayandırıb. Bunun sayəsində “Brent” markalı neftin fyuçerslərinin qiyməti 75 dollardan yuxarı səviyyəyə qayıdıb. 

Beləliklə, hasilatçı ölkələr neft və qaz büdcəsinin gəlirlərinin aşağı düşməsindən hələ ki, narahat olmaya bilər, - ən azı bu ilin sonuna qədər qiymətlər yüksək həddə olacaq.

Hazırda görünən odur ki, Azərbaycanın da yer aldığı OPEC+ hasilatın azaldılması rejiminin bu ilin sonuna qədər uzadılması qərarından sonra dünya birjalarında neft durmadan bahalaşır. Bu, o fonda baş verir ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb7Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman neft hasilatını könüllü olaraq 2,2 milyon barrel azaldıb. 2024-cü ilin dekabr ayının sonuna qədər bu azalma gözləniləcək. Alyansın “könüllüləri” əlavə istehsal düzəlişləri də daxil olmaqla, sövdələşməyə tam uyğunluğa nail olmaq üçün kollektiv öhdəliklərini bir daha təsdiqləyiblər. Xatırladaq ki, ötən ildən OPEC+ üzvü olan səkkiz ölkə könüllü olaraq hasilatı azaldır. Gündə 2,2 milyon barrel olan ixtisarlardan biri oktyabrın 1-də mərhələli şəkildə dayandırılmalı idi, lakin sentyabrın əvvəlində bu addımın daha iki ay müddətinə təxirə salınması qərara alındı. Əvvəllər OPEC+ könüllü ixtisardan tədricən çıxmağa oktyabrda başlamağı planlaşdırırdı, daha sonra buna dekabrın 1-dən başlamaq qərarı verildi. Sonra bu müddət ilin sonuna kimi uzadıldı. OPEC+ sazişinin iştirakçıları Rusiya və Qazaxıstanın həm sazişə, həm də könüllü hasilatın azaldılmasına, müəyyən edilmiş kvotadan artıq hasil edilən neft həcmlərinə görə kompensasiya cədvəllərinə “sədaqətlərini qəti şəkildə təsdiqləyən” birgə bəyanatını alqışladılar. Rusiya baş nazirinin müavini Aleksandr Novakın ofisi bildirib ki, bu qərar dünya neft bazarlarının sabitliyinə töhfə verəcək və qlobal iqtisadiyyatı dəstəkləyəcək. OPEC-in saytında yerləşdirilən cədvələ əsasən, Rusiya 2025-ci ilin sentyabr ayının sonuna kimi ayrı-ayrı aylarda kiçik hissələrdə hasilatı kollektiv şəkildə sutkada 480 min barrel azaltmalıdır. Rusiya Federasiyası ilə yanaşı, İraq və Qazaxıstan da neft hasilatını azaltmalıdır. Bu ölkələr avqust ayında əlavə hasilatın azaldılmasına başlamalı idi. İndi İraq OPEC+ razılaşmalarına tam əməl etmək üçün 2025-ci ilin sentyabrına qədər neft hasilatını sutkada 1,44 milyon barrel, Qazaxıstan isə 699 min barrel azaltmalıdır. Bu fonda hasilatçı ölkələrin, o cümlədən də Azərbaycanın büdcəsinin neft və qaz gəlirləri artır. OPEC+ qərarı bazar tərəfindən müsbət qarşılanıb. Hesab olunur ki, neft sənayesinə investisiyalar indiki neft qiymətləri ilə davam edəcək. Neft istehsalçıları hesab edirlər ki, ABŞ neft istehsalçıları bir barrel üçün 80 dollardan aşağı olmayan qiymətə ehtiyac duyurlar.

OPEC+-nın razılaşmanın uzadılması ilə bağlı açıqlaması neft qiymətlərini bir qədər yüksəltsə də, bazar 2025-ci ildə tələb artımı ilə bağlı hələ də qeyri-müəyyəndir. Bir çox treyderlər və bazar iştirakçıları gələn il xammala tələbatın artması üçün heç bir ilkin şərt görmürlər. Bəzi hesablamalara görə, hazırda neft bazarında cüzi profisit var. Qlobal neft tələbatı 2024-cü ildə sutkada 500-700 min barrel, gələn il isə 0,5-1 milyon barrel artacaq. Eyni zamanda, Çində yanacaq istehsalı üçün neftə tələbat pik həddə çatıb və indi əsasən neft-kimya məhsulları üçün arta bilər. OPEC+ qərarı artıq dünyanın ən böyük neft istehlakçılarından biri olan Hindistanın reaksiyasına səbəb olub. Ölkənin neft naziri istehlakçıları və istehsalçıları neftin qiymətləri ilə bağlı danışıqlar masasına oturmağa çağırıb. Amma OPEC+ neftə tələbatın yaxın illərdə pik həddə çatacağını gözləmir, çünki dünya iqtisadiyyatı böyüməyə davam edir. OPEC həm uzun, həm də qısamüddətli perspektivdə neft tələbi ilə bağlı müsbət proqnozlara malikdir. Bir neçə il əvvəl bir çoxları  neftə tələbatın 2030-cu ildə pik həddə çatacağını deyirdilərsə, indi tələbat 2035-ci ildə pik həddə çatacaq. Bundan əlavə, son vaxtlar iqtisadi artımın ləngiməsi barədə çox danışılır, lakin real məlumatlar başqa hekayədən xəbər verir. Məsələn, ABŞ iqtisadiyyatı üçüncü rübdə 2,8% artıb. Hər kəs Çində yavaşlamadan danışır. Çin iqtisadiyyatı isə bu il təxminən 5% böyüyüb. İndilikdə OPEC neft bazarında optimist olaraq qalır. Belə ki, kartel 2024-cü ildə dünya neft tələbinin sutkada 1,93 milyon barrel artaraq 104,14 milyon barrel, 2025-ci ildə isə 1,64 milyon brarel artaraq 105,78 milyon barrel təşkil edəcəyini proqnozlaşdırıb. Ekspertlər OPEC+ ölkələrinin  son qərarının neft qiymətlərini dəstəkləyəcəyini bəyan edirlər. Ümumiyyətlə, mövcud reallıqlarda qiymətə təsir edən üç əsas amil var: Yaxın Şərqdəki vəziyyət, OPEC+ planları, həmçinin əsas tələbi təmin edən ən böyük iqtisadiyyatların inkişaf dinamikası. Bunlar fonunda bu il dünya bazarında neftin 1 barrelinin orta qiymətinin 81,4 dollar, gələn il isə 79,2  dollar olacağı proqnozlaşdırılır. Bu, Azərbaycanın büdcə siyasətinə uyğun qiymətlərdir.

Ramil QULİYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031