KÖHNƏ VERSİYA            

Toylarda qazandığını tək ailəsinə xərcləmir ki... Manaf Ağayev barədə eşitmədiyiniz şeylər...

Image

Fərman Qarabağlı: “Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir”  

Cəmiyyətdə populyar olan elə sənət adamları var ki, bütün davranışları tamaşaçılar, dinləyicilər tərəfindən ciddi şəkildə izlənir. 

Bütövlükdə, telekanallarda keçirilən müsabiqələrdə, musiqi yarışmalarında münsiflər heyəti tərkibində təmsil olunan sənətkarların iştirakçılara obyektiv və qyeri-obyektiv yanaşması da, eləcə də xanəndələrin, müğənnilərin xalqla ünsiyyəti, onların kasıb təbəqənin çağrışlarına, problemlərinin həllinə hansı şəkildə reaksiya verməsi də tamaşaçıların diqqətindən qaçmır. Bir sözlə, ataların dili ilə desək, elin gözü tərəzidir.   

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) elə tamaşaçılardandır ki, sənətlə, sözlə bağlı olan məsələlərə hər zaman reaksiya verir. 

“Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib”     

F.Qarabağlı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, toylar kralı, populyar müğənni  Manaf Ağayevin xeyirxah işləri, dar gündə insanlara arxa-dayaq durması, onun sosial-ictimai mühitdə yaxşılıqları, humansitliyi ilə bağlı müsahibə vermək istəyir. 

“Əvvəla ondan başlayım ki, televiziya kanallarından birində gördüm, ümummilli lider, rəhmətlik Heydər Əliyev bir əsgərlə söhbəti zamanı dedi ki, mən sənə  “leytenat” rütbəsi verirəm. Bir hərbiçiyə, bir şəxsə fəxri ad vermək bir dövlət başçısı və Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Bu həmin adama dövlət tərəfindən verilən addır. 

Çox təəssüflər olsun ki, bəzi oxuyanlar yaxın adamlarına öz yanlarından “adlar” verib. Məsələn, xalq artisti İlhamə Quliyeva birinə “toylar kralı”, birinə “əjdaha”, birinə imperator” kimi “adlar” verir və televiziya kanallarını da məcbur edirdi ki, bu şəxsləri o “adlarla” təqdim edin. Əslində bu  adlar müsabiqə yolu ilə verilməlidir. 

Bəzən görürsən ki, SMS yarışlarını pisləyirlər. Mən münsiflər heyətinin iştirakı ilə keçirlən Televiziya Muğam Müsabiqəsini xatırlatmaq istəyirəm. Əvvəlcə deyim ki, dünyasını dəyişən sənətkarlara Allah rəhmət eləsin, qalanların canını sağ eləsin. Müsabiqələrin birində Mustafa Mustafayev adında cavan bir oğıan da iştirak edirdi. Mustafa Mustafayev ürəkləri yandıran bir səslə məşhur “Sona bülbüllər” mahnısını oxudu. Bütün zal heyrət içində qaldı. Qədir Rüstəmov özü də orada idi. Sanki Qədir özü oxuyurdu. Qədir Rüstəmov kepka başında oturub Mustafanın oxumasını alqışlayırdı. Münsiflər heyəti üzvlərinin əksəriyyəti ona 10 bal verdi. Növbə Əlibaba Məmmədova gələndə, o, Mustafaya üz tutub “izlə gedənin izi olmaz” dedi və onu tənqid etdi. Ancaq belə bir ənənə var ki, bir gənc bir görkəmli xanındənin yolu ilə oxuyanda “əhsən, elə bil o xanəndənin özü kimi oxudu” deyirlər. Həmin hadisə zamanı Arif Babayev 10 xallıq lövhəni götürüb Əlibaba Məmmədovun qarşısına qoydu. O etiraz etdi və Mustafaya çox aşağı bal verdi. Təəssüf ki, Televizya Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri Nadir Axundov da Əlibaba Məmmədovun tərəfini saxladı. Əlibaba Məmmədov zil oxuyanlara “qışqırırsan” deyirdi.

Bəxtiyar Vahabzadə bir şeirində yazır:

Təbiətin hökmü olsaydı məndə

Qanqalın ömrünü gülə verərdim.

Xanəndə səsini car eyləsəydi   

Min bəmi bir kəsik zilə verərdim.

Əlibaba Məmmədov deyirdi ki, muğamatda əsas sözdür. Arif Babayev dedi ki, ay Əlibaba, böyük Cabbar Qaryağdıoğlu “əsas səsdi, sözü sonra da öyrənmək olar, amma səs Tanrı tərəfindən verilir” deyirdi. 

Sonrakı muğam müsabiqələrinin birində gördüklərimdən də danışmaq istəyirəm. Təbii ki, müsabiqənin münsiflər heyətinin üzvləri də, sədri də dəyişmişdi. Daşqın Kürçaylı adlı cavan bir oğlan çox yanıqlı səslə “Segah” oxudu. Xalq artisti Nəzakət Teymurova irad bildirib dedi ki, bunu Alim Qasımov oxuyub sən son iki misranı oxumadın, qaldı. Ona aşağı bal verdi. Alim Qasımovun qızı Fərqanə Qasımova isə Nəzakət Teymurovanın sözlərinə etirazını bildirib dedi ki, xeyr, bunu keçən əsrdə Ələsgər Abdullayev oxuyub, adına da “Yetim segah” deyirlər. “Şükür, indiki gənclərdə belə səslər var” deyib yüksək bal verdi. 

Gəlin, mətləbdən  uzaqlaşmayaq, səhv etmirəmsə, 2009-cu ildə televizya kanallarından birində “Toylar kralı” yarışması keçirilirdi. Bu yarışma toy oxuyanları ilə toyu yaxşı idarə edənlərin yarışması idi. Bəzi insanlar “Toylar kralı” yarışması ilə muğam yarışmasını qarışıq salırlar. 

Azərbaycanın toy oxuyanlarının çoxu “Toylar kralı” yarışmasında iştirak edirdi, çox məşhur oxuyanlar isə onlara qulaq asırdılar. Münsiflərdə Niyaməddin Musayev, Akif İslamzadə və başqaları vardı. Yarışma SMS-lə keçirilirdi. Heç kəs xoşu gəlməyən müğənnini pul verib övladının toyuna aparmaz, eləcə də xoşuna gəlməyən müğənniyə pul xərcləyib SMS göndərməz.   Adicə bir adam səndən pul istəyir, istəsən verirsən, istəmirsən vermirsən. SMS də onun kimi. O yarışmada Manaf Ağayev 1, 5 milyon səs toplayıb yarışmanın qalibi oldu. O pullar sadəcə pul deyildi, Manaf Ağayevə xalq məhəbbətinin təzahürü idi. 1, 5 milyon manat çox böyük məbləğdi, o vaxt dolların kursundan manatın kursu yüksək idi. 

Bir gün biri birindən soruşdu ki, Manaf Ağayev “Mənsuriyyə” oxuya bilər? Mən qeyri-ixtiyari söhbətə qarışdım, dedim a kişi, niyə oxumur, öz səsinin tonunda oxuyar, Manaf Qarabağlıdır. Dedim ki, onun qardaşı da gözəl səsə malik oxuyandır, özü də onu “bala Süleyman” adlandırırdılar. Füzuli rayonu alınmamışdan əvvəl rayonda qardaşı Zahidin ansamblı vardı, Manaf onun yanında böyüyüb. Onu da deyim ki, bu qardaşlar hamısı oxuyandır. 

Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir.  Aprel döyüşlərində əsgərlərə yardım əlini çox uzadıb. Horadiz kəndinin insanları indi də onu xatırlayırlar. 

Bir dəfə Elgiz Əkbər səhhətində problem olan adamları verlişinə çağırıb imkanlı şəxslərdən onlara kömək istəyirdi. Dediklərim faktdır, televizyada öz gözümlə görmüşəm. Elgiz də təsdiqləyər dediklərimi. Xəstəliyi olan bir qadın verlişə çıxıb  müalicə üçün pul istəyirdi. Nadir Qafarzadə də verilişdə Elgizin yanında oturmuşdu. Qadın müalicə üçün İrana getmək üçün pul yardımı istəyirdi. Nadir Qafarzadə dedi ki, bizdə yaxşı həkimlər var, İrana niyə gedirsən? Elgiz dedi ki, bizim həkimlər özləri məsləhət görürlər. Sən nə kömək edə bilərsən? Nadir dedi ki, mənim pulum balalarım üçündür, nə pul verməliyəm? Bir dəfə də səsinə hörmət etdiyim Elnarə Abdullayeva həmin verlişdə idi. Bir qadın doğum evinə getmək üçün pul yardımı istəyirdi. Elnarə dedi ki, o qadın gedib süpürgəçi işləsin, Elgiz dedi ki, ay Elnarə, uzağı bir həftəyə bu qadın doğum evinə gedəcək, necə işləyə bilər. Amma o verlişdə bir müəllimə öz əməkhaqqından 100 manat qadına köməklik etdi. Çox maraqlıdır ki, sonradan Elnarənin kəndlərinə bulaq çəkdirdiyini dedilər, yəqin icra hakimiyyətinin dəstəyi ilə çəkdirib. Yenə eyni verlişdə bir qadına köməklik üçün pul yığılırdı. Dedilər ki, bir hörmətli adam zəng vurub. Zəng vuran müğənni Cavanşir Məmmədov idi. O dedi ki, verlişə baxıram, zəng vurub demək istədim ki, Füruzə İbadovanın anası rəhmətə gedib. Elgiz dedi ki, xəbərimiz var, başsağlığı vermişik, sizin başqa nə sözünüz var? Dedi ki, heç nə elə onun üçün zəng vurmuşdum.    

Onu da deyim ki, Yeni Yasamalda şuşalı Oqtay adlı bir aşbaz vardı, ləqəbi də “xaş Oqtay” idi. Şuşalılar və Yeni Yasamalda yaşayanlar onu yaxşı tanıyırlar. Oqtay danışırdı ki, bir gün bir ailə televiziyaya çıxıb “oğlumuz Surqut şəhərində dünyasını dəyişib, cənazəni gətirə bilmirik” deyiblər, iki gün keçməmiş Manaf ailəyə zəng vurub deyib ki, gedin hava limanına cənazənizi qarşılayın. Oqtay kişi deyir ki, həmin vaxt mən də Surqutda idim. Manaf ordakı dostlarına zəng vurib və cənazəni gətizdirib. Sabirabadlı klarnet ifaçısı Zahid rəhmətə gedəndə qaldığı evə borcu qalmışdı, şirkət o evi yoldaşının əlindən almaq istəyirdi. Yoldaşı körpə uşağı yanında azı yarım ay televiziyaya çıxıb pul istəyirdi, amma pul yığılmırdı. Manaf televiziyaya çıxıb müraciət etdi, dedi ki, mənim Zahidlə elə bir yaxınlığım olmayıb, amma onun ansambl yoldaşları var, birlikdə toya getdikləri insanlar var, ayıbdır, niyə kömək etmirsiz. Manaf bu işi təşkil etdi, özü də kömək etdi və pul yığıldı. 

Yaxud başqa bir verilişdə bir ailə təxminən 16-17 yaşlı övladlarının qara ciyərinin əməliyyat olunması üçün yalvarıb yardım istəyirdi. Pul yığılmırdı. Həkim – cərrah deyəsən Kazimi idi. Manaf yenə də kömək əlini uzatdı, verlişə gəlib dedi ki, nə qədər pul çatışmır? Dedilər 20 min manat. Manaf verilişin aparıcısına dedi ki, pul yığmağı dayandırın, mən qalan hesabı bağlayacağam. Həmin gün 10 min manat verdi, dedi ki, sabah 10 min də gətirəcəm, dediyi kimi də etdi, həmin 10 min manatı da gətirib verilişdə onlara verdi. Əməliyyatdan sonra oğlan sağaldı. Bir gün ailə verlişə gəlib Manafa minnətdarlıqlarını bildirdilər. Cavan oğlan çıxışında dedi ki, mən bir əmi qazandım”.

F.Qarabağlı bildirdi ki, rəhmətlik Heydər Əliyev Füzuliyə gələndə ziyalılarla, el ağsaqqalları, kolxozçularla görüşərdi, Mədəniyyət Evində görüşlər keçirərdi. O vurğuladı ki, o görüşdə İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, Manaf Ağayevin atası Novruz kişi, eləcə də Seyid Səyyad, Vəli kişi, Əli kişi və başqaları iştirak edər, ümummilli liderlə həmsöhbət olardılar. “Hətta Füzulidə onlara “Əliyevçilər” deyirdilər. 

Bir onu bilirəm ki, muğam oxuyanlar içində Arif Babayev öz səviyyəsini necə saxlayıbsa, toy oxuyanları içində də Manaf Ağayev öz səviyyəsini, mənliyini gözləyir. Manafa ən böyük qiyməti böyük sənətkarımız Habil Əliyev verib.  

Arayatlı kəndindən olan Əhmədov Kənan Ədil oğlu ağır yaralanmışdı. Müalicəsi üçün böyük məbləğdə pul tələb olunurdu. Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib. Ədilin oğlunu da Manaf öz hesabına müalicə etdirdi. 

Manaf cavan vaxtlarından ağsaqqallıq edib çox küsülüləri barışdırıb. 

Müğənni Bahar Lətifqızı bir toyda Manafla rastlaşır, tanış olur. Manafa deyir ki, atam Füzuli rayonundan olub, amma qəbrini tapa bilmirik. Manaf dostlarının köməyi ilə qəbrin yerini tapdırır və Bahar Lətifqızına məzarın yerini deyir. Fədayə Laçın həbsdə olanda Manaf Ağayev onun ailəsinə çox kömək edib. Bir də teleaparıcı İlham Mirzəyev türmədə yatanda Manaf onun ailəsinə çoxlu yardımlar göstərib. Yəni Manafın yaxşılıqları, xeyirxah əməlləri çoxdur. Bunları deməkdə məqsədim odur ki, qoy həqiqət üzə çıxsın. Qoy oxucular bilsin ki, Manaf mənim nə qohumumdur, nə də onunla bir stəkan çay içmişəm, bunları ona görə deyirəm ki, hər kəs həqiqəti - Manafın belə bir oğul olduğunu bilsin”-deyə F.Qarabağlı bildirdi. 

İradə SARIYEVA







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031