ABŞ-dan sabahkı seçkilərlə bağlı addım - Milli Qvardiya hazır vəziyyətə gətirilib
ABŞ-ın bir neçə Amerika ştatında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib. CNN telekanalının yaydığı məlumatda deyilir ki, bu addım sabah keçiriləcək prezident seçkiləri zamanı iğtişaş riski ilə əlaqədardır.
Qeyd edək ki, Vaşinqton və Oreqon ştatlarında səsvermə qutularının yandırılması yüzlərlə bülletenin zədələnməsinə səbəb olub. Bu ştatların qubernatorları əmin ediblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.
Vaşinqton qubernatoru Cey İnsli seçkilərdə təhlükəsizliyə təhdidlərin yüksək olaraq qaldığını və iqtidarın mümkün iğtişaşlara hazır olduğunu bildirib. Oxşar tədbirlər Oreqonda da görülüb, burada qubernator Tina Kotek təhlükəsiz səsvermənin vacibliyini vurğulayıb və dinc etirazlara çağırış edib.
Mətləb Salahov