İrəvandakı Fransa səfiri COP29-a qarşı ölkəsinin apardığı "qara işi" bu cür ifşa etdi...
Fransanın Ermənistandakı səfiri O.Dekotine "X" sosial şəbəkəsində Biomüxtəliflik üzrə beynəlxalq COP17 konfransına Ermənistanın 2026-cı ildə ev sahibliyi edəcəyilə bağlı status yazıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Səfir Ermənistanı təbrik edib.
"Bu beynəlxalq tədbir İrəvanın diplomatik mərkəz statusunu daha da gücləndirəcək"... Səfirin sözləridir.
Fransız səfirin bu statusu üzərində niyə xüsusi dayanıram? Səbəblər:
1. Noyabrda Bakıda keçiriləcək COP29-la müqayisədə həm miqyasına, həm də məzmununa görə çox kiçik olan COP17-yə Fransanın və Ermənistanın belə böyük önəm verməsi bir daha onu ifadə edir ki, Bakının ev sahibliyi edəcəyi COP29 və Bakının diplomatik mərkəz statusu qat-qat artıq möhtəşəmdir.
2. Fransanın Ermənistanın və dostlarının COP29 əleyhinə aylardan bəri apardığı iş Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənə biləcəyindən doğan narahatlıqla bağlıdır.
Tahir TAĞIYEV