Moldovada "bomba" xəbərdarlıqları fonunda prezident seçkiləri...
Bir tərəfdən Avropa İttifaqına (Aİ) yaxınlaşan, digər tərəfdən Moskvanın nüfuzunu bərpa etməyə çalışdığı Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
Seçkilərdə ölkənin Moskvanın orbitindən çıxıb Aİ-yə daxil olmaq üçün səylərini artıran qərbyönlü prezident Maya Sandu ilə Rusiyayönlü Sosialist Partiyası tərəfindən dəstəklənən keçmiş baş prokuror, qaqauz türkü Aleksandr Stoyanoqlo mübarizə aparır.
Oktyabrın 20-də keçirilən birinci turda qərbyönlü hazırkı prezident Maya Sandu səslərin 42%-ni toplasa da, tam səs çoxluğunu qazana bilməyib. İndi o, ilk turda səslərin 26%-ni toplayan rusiyayönlü rəqibi Stoyanoglo ilə qarşılaşır.
Araşdırma şirkəti iData tərəfindən yayımlanan sorğu göstərir ki, Sandu qələbə şansı daha yüksəkdir. Bununla belə hesab edilir ki, Moldovanın böyük diaporasının səsi seçkilərdə həll edici ola bilər. Moldova diasporu oktyabrın 20-də keçirilən ümumxalq referendumunda da mühüm rol oynayıb, o zaman seçicilərin 50,35 faizi Moldovanın Aİ-yə üzvlüyü üçün səs verib.
Moskva Sandu hökumətinin “Rusiyanın düşməni” olduğunu bildirir. Sandu isə Stoyanoqlonu Kremlin adamı və siyasi Troya atı kimi təsvir edir və seçkini Aİ-də 2030-cu ilə qədər parlaq gələcəklə qeyri-müəyyənlik və qeyri-sabitlik arasında seçim kimi təsvir edir.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, xaricdə yaşayanlar da daxil olmaqla 3 milyon 302 seçicinin iştirak edəcəyi gözlənilən seçkidə iştirak göstəricisi 45 faizi ötüb.
Bundan başqa qeyd edilir ki, xaricdə azı dörd seçki məntəqəsində saxta bomba xəbərdarlığı edilib. Xarici İşlər Nazirliyi bu həyəcan siqnallarının səsvermə prosesini pozmaq məqsədi daşıdığını bildirib.
Fəaliyyət və Həmrəylik Partiyasından prezidentliyə namizəd Maya Sandu xaricdəki seçki məntəqələrinə saxta bomba təhdidlərilə bağlı sosial şəbəkədə video yayaraq “Oğrular sizdən qorxur” deyərək moldovalıları cəsarətlə səs verməyə çağırıb.
"Hörmətli diasporadakı moldovalılar, diqqətəlayiq səfərbərliyiniz üçün təşəkkür edirik! Siz nəhəng qüvvəsiniz! Oğrular sizdən qorxurlar, ona görə də bir neçə seçki məntəqəsində saxta bomba xəbərdarlığı təşkil ediblər. Qorxmayın. Səs verməyə davam edin. Dürüst səsvermə Moldovanın xilasına töhfə verir!"
Moldovada prezident xarici siyasət və milli təhlükəsizlik kimi sahələrdə əhəmiyyətli səlahiyyətlərə malikdir və dörd illik müddətə seçilir.
TAHİR