Ermənistanda Trampın guya "Arsax" ermənilərini müdafiə etdiyi" barədə mübahisəli xəbər yaydılar...
Tramp ya erməni maraqları naminə özünü məhv edir, ya da Türkiyədə əyləşən Kilikiya erməni katolikosu 1-ci Aram onun adından ağ və vicdansız yalan yayıb. Ermənistan mediasının məlumatına görə, noyabrın 1-də guya Tramp 1-ci Arama zəng edərək ABŞ-ın erməni icmasını yüksək dəyərləndirib və "Arsax" ermənilərini" dəstəklədiyini bildirib. Guya Aram Trampa ümidvar olduğunu ifadə edib ki, o hakimiyyətə gələndən sonra "beynəlxalq qarantiya altında "Arsax" ermənilərinin hüquqları, təhlükəsizliyi, statusu və geriyə qaytarılması ilə daha sıx məşqul olacaq"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əgər Tramp "Arsax" ermənilərini həqiqətən dəstəklədiyini xüsusi olaraq qeyd edibsə, bu onun böyük səhvi, ABŞ-ın bölgə maraqlarına yeni zərbə, Azərbaycan xalqına qarşı cinayət və indiyədək bir çoxlarından gördüyümüz və iflasa uğramış ucuz ermənipərəstliyin yeni təzahürüdür. Əgər bu həqiqətdirsə, Tramp min kilometrlərlə uzaqda yerləşən dövlətlərin daxili işinə ABŞ-ın müdaxiləsinə son verməklə bağlı verdiyi bəyanatlara görə Azərbaycan cəmiyyətində özünə yaratdığı az-çox rəğbəti məhv etmiş olacaq. Onun bu ermənipərəstliyini daha ifrat formada bir neçə il əvvəl Bayden ifadə edibsə, erməni diasporuna yalnız bunu demək qalacaq: "Gecikmisən,Tramp"...
Tramp Kilikiya katolikosunun onun adından dediyi ermənipərəst fikirlərə ya kişi kimi sahib çıxmalıdır, ya da Aramın vicdansızcasına uydurduğu yalanı təkzib etdirməlidir...
Yalan xəbərin ABŞ-da prezident seçkilərindən bir gün əvvəl yayılması da şübhələri artırır...
Tahir TAĞIYEV