Ukrayna Rusiyanın qarşısında uzağı daha bir il dayana bilər – ölkənin canlı hərbi qüvvəsi tükənir…
Ukrayna ordusu müharibədə bundan sonra uzağı altı və ya on iki ay davam gətirə bilər. Ukraynanın canlı qüvvə çatışmazlığı ilə üzləşdiyini yazan “The New York Times” qəzetinə görə, ABŞ rəsmiləri də Kiyevin ən böyük probleminin əsgər çatışmazlığı olduğunu və mövcud qüvvələrin də tükənmək təhlükəsi ilə üzləşdiyini bildirirlər.
Qəzetinin yazdığına görə, Kiyevin bu yaxınlarda öz qoşunlarının bir qismini şərq və cənub cəbhələrinin müdafiəsi və ya gələcək əks-hücum üçün ehtiyat qüvvə kimi istifadə etmək əvəzinə, Kursk bölgəsinə göndərməsi ordunun gücünü daha da zəiflədib.
Ukrayna əsgərləri Rusiyanın həm canlı qüvvə, həm də silah baxımından üstünlüyə malik olduğunu və bəzi bölgələrdə ələ keçirdikləri yerləri itirmək risqi ilə üzləşdiklərini deyirlər. Donbas cəbhəsindəki ukraynalı zabitləri də əsgər və texnika çatışmazlığı səbəbindən hazırkı müdafiə xəttini saxlamaqda çətinlik çəkdiklərini bildirirlər.
TAHİR