Qərbdən Şimali Koreyanın Ukrayna müharibəsinə qoşulmasına cavab - Qara dənizə hərbi gəmilər çıxarırlar… Putinin köməkçisindən şok iddia…
Rusiya-Ukrayna müharibəsinin bütün gücü ilə davam etdiyi bir vaxtda Rusiya lideri Putinin köməkçisi Nikolay Patruşevdən Montrö Boğazlar Konvensiyası ilə bağlı yeni iddia ortaya atılıb.
Onun iddiasına görə, Şimali Koreyanın Rusiya tərəfində vuruşması ilə bütün dünyaya yayılan müharibəyə Qərb ölkələri Qara dənizə hərbi gəmilər çıxarmaqla cavab verməyə hazırlaşır. Patruşev bildirib ki, Qərb Dunay çayı vasitəsilə Qara dənizə hərbi gəmi endirərək Montrö razılaşmasını pozmaq istəyir. Onun sözlərinə görə, Montrö Boğazlar Konvensiyası ilə qadağan edilən bu addım Dunay çayı üzərindən həyata keçiriləcək.
O, deyib ki, ABŞ və NATO müttəfiqləri Avropanın daxili su yollarından istifadə edərək Dunay vasitəsilə Qara dənizə hərbi məqsədlər üçün çıxış əldə etmək istəyir.
“NATO Qara dənizdəki hərbi mövcudluğunu genişləndirmək, Montrö Konvensiyası ilə müəyyən edilmiş Qara dəniz boğazlarının rejimini dəyişdirmək və Dunay çayı vasitəsilə Qara dənizə çıxış üçün Avropanın daxili su yollarından hərbi məqsədlərlə istifadə etmək planları hazırlayır.
ABŞ və müttəfiqləri dünya dənizlərində olduğu kimi Qara dəniz sularında da hərbi üstünlük əldə etməyə çalışır. Onlar bununla bağlı hazırlıqlara başlayıblar. Biz onların planlarını deşifrə etmişik və ehtiyat tədbirləri görürük” – deyə Patruşev bildirib.
TAHİR