Gürcüstanın hakim partiyasından Qərbə net mesaj - LGBT qadağasından imtina etməyəcəyik...
Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze LGBT ilə bağlı qanundan imtina etməyəcəklərini bəyan edib.
M.Mdinaradze Avropa Birliyinə inteqrasiyanı çətinləşdirsə belə, LGBT təbliğatını qadağan edən qanundan imtina etməyəcəklərini deyib. Onun sözlərinə görə, hakimiyyət “adi siyasi məqsədlərə” nail olmaq üçün “gələcək nəsillər üçün ənənəvi və ləyaqətli gələcəyi” qurban verməyəcək.
Qeyd edək ki, bir müddət əvvəl Avropa diplomatiyasının rəhbəri Borrell LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağıraraq bildirib ki, Gürcüstan belə bir qanunla ölkəni Avropa İttifaqına üzvlükdən uzaqlaşdırır.
TAHİR