Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək - rəsmi AÇIQLAMA
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 7 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından mətbuata verilən məlumatda deyilir ki, noyabrın 1-də Ələkbər Əzizağa oğlu Babayev paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, İsmət Medal oğlu Piriyev Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında, Möhübbət Qənimət oğlu Mustafayev Tərtər rayonunun Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmud oğlu Mahmudov Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında, Şahid Sabir oğlu Məmmədov Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında, Hidayət Nəsir oğlu Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfəralı oğlu Səfərov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Mətləb Salahov