Son 9 ayda yaşıl patentlərin sayı 30-a çatdırılıb
"Əqli Mülkiyyət Agentliyi 2019 və 2020-ci illər istisna olmaqla (COVID-19 pandemiyası dövrü), hər il patent iddiaların sayına görə artım nümayiş etdirib və 2023-cü ildə rekord (268 ədəd) iddia sənədi qəbul edilib."
Bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masadan öncə keçirilən brifinqdə deyib. Agentlik rəhbəri bildirib ki, yaşıl patentlərin artımı da nəzərə çarpır və onların sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb. Bunların (114 ədəd) patentlərin ümumi sayına görə nisbəti (1464 ədəd) 7,8 faiz təşkil edir.
Göründüyü kimi, yaşıl patentlərə diqqət yetirilir, bunların ümumi saya nisbət faizi daha da üstündür (7,8 faizə qarşı 8,9 faiz). Lakin yenə də diqqət yaşıl patentlərin artırılmasına yönəldilməlidir.
Mətləb Salahov