Kadırov Ukrayna əsgərlərilə bağlı çeçen komandirlərə göstəriş verdi - əsir götürməyin, öldürün...
Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Qudermesdəki Rusiya Xüsusi Təyinatlılar Universitetinə hücuma cavab olaraq ukraynalılara qarşı təsəvvürlərinə belə gətirə bilməyəcəkləri cavab verəcəklər.
Kadırov cəbhədəki bütün çeçen komandirlərə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini əsir götürülməməsi, öldürülməsi barədə göstəriş verdiyini açıqlayıb.
"Bizə hücum etdilər, onları məhv edəcəyik. Yaxın gələcəkdə onlara onların ağlına belə gəlməyəcək şəkildə cavab verəcəyik. Bizimlə zarafatlaşmasına icazə verməyəcəyik. Cəbhədəki bütün komandirlərə göstəriş verdim: Əsir götürmədən məhv edin və döyüşü 100 faiz artırın. Onlar çeçenlərin öz hərbi imkanlarını necə təkmilləşdirə biləcəklərini başa düşsünlər” - deyə Kadırov jurnalistlərə açıqlamasında bildirib.
TAHİR