Rusiya ordusu Ukraynanın Selidovo şəhərini ələ keçirdi...
Rusiya ordusu Ukraynanın şərqində yerləşən Donetsk vilayətinin Selidovo şəhərini tamamilə ələ keçirib. “BBC”nin yazdığına görə , Rusiya hərbi qüvvələri Pokrovskidən 20 kilometr aralıda yerləşən Selidovo şəhərinə daxil olublar.
Hərbi ekspertlər qeyd edirlər ki, yaxın gələcəkdə Ukrayna qoşunları mühasirəyə düşmə təhlükəsi səbəbindən Selidovonu tam tərk etmək məcburiyyətində qalacaqlar.
Selidovo Donbasda fəaliyyət göstərən rus ordusunun əsas hədəfi olan Pokrovskinin cənub-şərqində yerləşən kiçik şəhərdir. O, düzənlikdə yerləşir və onun ələ keçirilməsi o qədər də xüsusi üstünlük qazandırmır.
Lakin, Pokrovskiyə şimaldan hücum edən rus bölmələri üçün avqust-sentyabr aylarında ələ keçirilmiş Qrodovka və Novoqrodovka tərəfdən Selidovo təhlükə idi, çünki Ukrayna Silahlı Qüvvələri cinahda təhlükəli əks-hücum həyata keçirə bilərdi və bu amil Rusiya ordusunun Pokrovski istiqamətində irəliləyişini xeyli məhdudlaşdırırdı.
“BBC”nin yazır ki, son ayların hadisələri göstərdi ki, rus komandanlığı taktiki tapşırıqları aşağı templə, lakin yerinə yetirməyi bacarır.
TAHİR