Qardaşı arvadını öldürən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Ağcabədidə qardaşı arvadını öldürməkdə təqsirləndirilən Məhərrəmov Elgiz Sərhad oğluna hökm oxunub. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən Elgiz Məhrrəmov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında Ağcabədi rayonunda baş verib. İttihama görə, Elgiz Məhərrəmov rayonun Sarıcalı kəndi ərazisində yerləşən evdə qardaşı arvadı Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək öldürməkədə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Mətləb