KÖHNƏ VERSİYA            

Qərb Gürcüstanda məğlub oldu - seçkini tanımadı, "böyük qardaş bizi izləyir" fikrini yaydı...

Image

Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs yığıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib. Lakin bu hal seçkilərin nəticələrinə ciddi təsir etmir. Seçkilərin demokratik tələblər səviyyəsində keçirildiyini Qərb müşahidəçiləri də etiraf edir. Amma yenə də xislətlərindən əl çəkməyib prosesə kölgə salmağa can atırlar. ATƏT və AŞPA müşahidə missiyaları Gürcüstandakı parlament seçkiləri ilə bağlı ilkin dəyərləndirmələrini açıqlayıblar. Missiyanın yaydığı bəyanatda deyilir ki, seçicilərə 18 namizəddən ibarət siyahı təklif olunub və namizədlər ümumilikdə azad kampaniya apara biliblər. Ancaq parlament seçkilərində dərin qütbləşmə, bu yaxınlarda qəbul edilmiş qanunlarla bağlı narahatlıq və onların fundamental azadlıqlar və vətəndaş cəmiyyətinə təsiri səsvermə prosesinə kölgə salıb. ATƏT həmçinin seçki kampaniyasında bölücü ritorikanın yer aldığını, seçicilərə təzyiqlərlə bağlı irimiqyaslı xəbərlərin olduğunu vurğulayıb. ATƏT müşahidə missiyasının rəhbəri Paskal Alizar deyib ki, seçki yaxşı təşkil olunsa da, onlar bir sıra çatışmazlıqlar müşahidə ediblər. Bunlar sırasında seçkinin qütbləşmiş mühitdə keçməsi, seçicilərə təzyiq və qorxu faktlarının olması, rəqiblər arasında maliyyə resurslarının disbalansı, KİV sahəsində qütbləşmənin olması, partiyaların seçki siyahısında kifayət qədər qadının təmsil olunmaması yer alıb. AŞPA-nın müşahidə missiyasının rəhbəri Culian Bulay isə Gürcüstanda müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət nitqinin alovlanmasından narahat olduğunu bildirib. O, seçki dönəmində xüsusilə kənd yerlərində seçicilərin satın alınması və saxtalaşdırma faktlarını gördüklərini bildirib: “Hakim partiya tərəfindən seçki məntəqələrində  quraşdırılan kameralar, həmçinin seçki məntəqələri seçiciləri izləyən və ola bilsin, onlara nəzarət edən şəxslərin olması qorxu və təzyiq atmosferi yaradıb. Belə hiss var idi ki, “böyük qardaş səni izləyir”. Bunu müşahidəçilərimizdən biri qeyd edib”. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutunun birgə müşahidə missiyası da ilkin dəyərləndirməsini edib. Beynəlxalq Respublikaçılar İnstitutunun prezidenti Den Tvininq hökumətin seçki ərəfəsində misilsiz siyasi, hüquqi və administrativ dəyişikliklər edərək, siyasi rəqabəti məhdudlaşdırdığını bildirib: “Bənzər manipulyasiyalar seçki öncəsi siyasi subyektlər üçün qeyri-bərabər şərait yaradır”. Birgə müşahidə missiyasının üzvü, isveçli parlamentari Marqareta Siderfeld isə seçki ərəfəsində qəbul edilən xarici təsirin şəffaflaşdırılması haqqında qanunun QHT-lərin hökumət və ona bağlı qruplar tərəfindən təqib edilməsi və qorxudulması riski yaratdığını bildirib: “Gürcü Arzusu” yerli özünüidarəetmələrdə çoxlu nümayəndəyə nəzarət edib. Belə qorxu var idi ki, əgər yerli əhali hakim partiyaya səs verməsə, onların sosial yardımı kəsiləcək”. Müşahidə missiyasının üzvü Con Şimkus bildirib ki, ümumilikdə seçki texniki baxımdan doğru keçib və yeni texnologiyalar olduğu kimi işləsə də bülletenlərin skan edilməsində kiçik problemlər müşahidə edilib. Maraqlıdır ki, bu deyilənlərlə bağlı Qərb təmsilçiləri hansısa əsaslı fakt təqdim edə blməyiblər. İndi bu şəraitdə Qərb müxalifətlə işbirliyinə gedərək, seçkidən sonra qarşıdurma yaratmağ açalışır. Müxalifətin aksiyaların verilən dəstək də bunun təzahürüdür.

Baş verənlər fonunda prezident Salome Zurabişvili “Orbeliani” sarayında müxalifət partiyalarının liderləri və QHT rəhbərləri ilə görüşlər keçirib. Zurabişvili  keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını bildirib: “Biz Rusiya xüsusi əməliyyatının qurbanı olduq”. Ancaq Zurabişvili dediklərini əsaslandıracaq dəlil gətirməyib. Buna rəğmən, prezident Gürcüstan hakimiyyətinin vətəndaşların seçkidə seçmək hüququnu əlindən aldığını söyləyib: “Bu seçkinin nəticələrini tanımıram”. Gürcüstanın baş naziri, “Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze ölkədə seçkilərə “Rusiyanın müdaxiləsi” ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, Rusiyanın Gürcüstana təsiri yoxdur: “Burada onların təsirindən yararlanan siyasi partiyalar, təsir altında olan mətbuat orqanları yoxdur. Buna görə də Rusiya tərəfi Gürcüstandakı seçkilərə təsir göstərə bilməz”. Bu arada MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələri seçicilərin müstəqil kursun və qonşularla əməkdaşlığın əhəmiyyətini başa düşdüyünü göstərir: “Nəticə özü-özünə aydın olur, bu, məntiqlidir: insanlar Gürcüstan xalqı üçün müstəqil kursun qorunmasının vacibliyini anlayırlar, bu kurs isə xalqın maraqlarına cavab verir”. Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bəyan edib ki, Gürcüstan vətəndaşları xarici müdaxilə cəhdlərinə baxmayaraq, keçirilmiş parlament seçkilərində öz iradələrini açıq şəkildə ifadə ediblər. O, Macarıstanın, həm Avropa İttifaqına sədrliyi müddətində, həm də ondan sonra Gürcüstanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb: “Xarici müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiyini açıq şəkildə göstərdi. Ailəni dəstəkləyən və vətənpərvər olan hakim partiya seçkilərdə böyük üstünlüklə qalib gəldi. Bravo, təbrik edirik!”. Seçkilər təkcə Gürcüstan vətəndaşlarının iradəsini göstərməklə kifayətlənmədi, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların da bu prosesdə mühüm və həlledici rol oynadığını sübut etdi. Gürcüstanda yaşayan 300 minə yaxın azərbaycanlı bu seçkilərdə sülhün və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış etdi. Onlar hakim partiyanı dəstəkləməklə, bölgədə sabitlik və inkişaf üçün ən doğru yolu seçdiklərini nümayiş etdirdilər. Azərbaycanlı seçicilər Gürcüstanın siyasi arenasında mühüm rola sahib olmaqla yanaşı, onların verdiyi səslər seçkilərin nəticəsinə təsir göstərən əsas amillərdən biri oldu. Azərbaycanlıların dəstəyi, hakim partiyanın ümumi səslərinin təxminən 7-8 faizini təşkil edərək, bu etnik qrupun seçkilərdə nə qədər vacib olduğunu bir daha təsdiqlədi. Gürcüstanın seçkiləri həm də Qərbin bölgədə yürütdüyü siyasətə ciddi bir zərbə oldu. Qərbin Gürcüstanı parçalamaq, bu regionda yeni bir münaqişə ocağı yaratmaq cəhdləri məhz bu seçkilərlə qarşısı alındı. Azərbaycanlı seçicilər, digər Gürcüstan vətəndaşları kimi, Qərbin bölgəni xaosa sürükləmək istəklərinə qarşı çıxdılar.   Soydaşlarımızın kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani bölgələrində, eləcə də Zalqa rayonunda əhalinin əksəriyyəti “Gürcü Arzusu”na səs verdi. Hakim partiya ən çox Bolnisi sakinləri tərəfindən dəstək alıb. Qeyd edək ki, bu rayonun əhalisinin 75 faizini bizim soydaşlar təşkil edir. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olmasını nəzərə alaraq, soydaşlarımız hakim partiyaya dəstək ifadə etdilər. İndi Gürcüstanda uduzan Qərb müxalifət vasitəsilə burada yenə gərgin vəziyyət yaratmağa, növbəti rəngli inqilab təşkil etməyə can atlr. Amma bu dəfə çətin ki, istəyinə nail olsun.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031