KÖHNƏ VERSİYA            

BMT-nin Proqram direktoru COP29 ərəfəsində şok faktlar açıqladı - "Paris sazişi ölə bilər"...

Image

İllik istixana qazı tullantılarının həcmi ən yüksək səviyyəyə çatıb. BMT hesabatına əsasən, dəhşətli hərarət artımının qarşısını almaq və bunun ən pis təsirindən qurtulmaq üçün təcili addımlar atılmalıdır. BMT ətraf mühit proqramımın icraçı direktoru İnqer Andersen tək çıxış yolunu atmosfer tullantıları həcminin dərhal azaldılmasında görür. “Əvvəllər rast gəlmədiyimiz miqyas və tempdə qlobal səfərbərliyə ehtiyacımız var”.

Ölkələrin neft, qaz və kömürdən tədricən imtinaya dair vədlərindən bir il ötsə də, atmosferə atılan tullantıların azaldılması yolunda, demək olar, heç nə edilməyib. Sözügedən hesabatın həmmüəlliflərindən biri, danimarkalı iqlim siyasəti eksperti Enn Olhoff bu fonda bildirir: “Ötənilki hərəkətsizliyimiz indi daha da pis durumda olduğumu göstərir”. Bu arada qeyd edək ki, BMT-nın Bakıda keçiriləcək iqlim sammitinə toplaşanlar qlobal istilik problemini çözə biləcək tədbirlərdən danışacaqlar. Hesab olunur ki, COP29 çərçivəsində həlledici qərarlar verilməsinə ciddi ehtiyac var. Ümumiyyətlə, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bir çox önəmli qərarların, xüsusilə maliyyə hədəfinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Bu prosesə təkcə təşkilatlar, dövlətlər deyil, iqtisadi və maliyyə qurumları, banklar, investorlar və digərləri də qoşulacaq. Artıq bəllidi rki, COP29 Prezidentliyi Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində fonda artıq yüz milyonlarla dollar məbləğində vəsait vəd vermiş ölkələrlə bu vədlərin xüsusilə ehtiyacı olan icmalara ödənilməsi üçün hazır maddi maliyyəyə çevirilməsi istiqamətində işləyəcək. Bakı görüşü COP29 Sədrliyinin iyul ayında Tərəflərə ilk Məktubunda qeyd olunduğu kimi, builki qlobal iqlim prosesi üçün əsas məqsədlərindən birinin yerinə yetirilməsi istiqamətində mühüm addımdır. Onu da qeyd edək ki, son illər yaşanan iqlim dəyişikliyi hər bir ölkəyə, o cümlədən insanların həyatına mənfi təsir göstərməkdədir. Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5 dərəcə səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. Elə COP tədbirlərinin məqsədi də dünyada karbon qazının miqdarını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bir sözlə, bu öhdəliyin təmin olunması hər birimizin mənəvi borcudur. Dünya miqyasında günəş, külək kimi bərpaolunann enerji qaynaqlarının sayı çoxalsa da, elektrik enerjisinə daha tez artan tələbat ölkələri daha çox qalıq yanacaqdan yararlanmağa sövq edir. ABŞ-Çin rəqabəti, Ukrayna və Qəzzadakı savaşlar iqlim dəyişikliyi sahəsində beynəlxalq əməkdaşlığı daha da çətinləşdirir. 2015-ci il Paris sazişi çərçivəsində 151 ölkə istixana qazının həcmini 2030-cu ilədək azaldacağını açıqlayıb. Hər ölkə öz vədinə əməl etsəydi, bu onilliyin sonunadək qlobal tullantıların həcmi 3-11 faiz azalacaqdı. Di gəl, əvəzində bu il planet 1.3 dərəcə daha da istiləşib. İlk baxışdan az görünə bilər, ancaq istilik dalğaları, meşə yanğınları, quraqlıq, qasırğa tələfatlara yol açır, bionövlərin də nəslinin kəsilmə riskləri artır.

Ən pessimist hesablamalar göstərir ki, qlobal istilik 3 dərəcə həddini aşa bilər. Bu ssenari baş versə, iqlim gözəçarpan dərəcədə dəyişəcək və əriyən buz örtüyü dənizlərin su səviyyəsini artıracaq. Paris sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirilməsini nəzərdə tutsa da, hesabata görə, maksimum 1.5 dərəcə üçün tullantıların həcmi 43 faiz, minimum 2 dərəcə üçünsə 28 faiz azaldılmalıdır. Nəzəri olaraq bu göstərici 1.5 dərəcədən də aşağı endirilə bilər, amma bu, gerçək həyatda artıq mümkün deyil. Bakı sammitində müzakirə olunacaq böyük mövzulardan biri varlı ölkələrin yoxsul ölkələrə maddi dəstək verməsidir. Hesabata görə, qlobal tullantıları “sıfırlamaq” üçün 1.2 trilyon dollara kimi vəsait lazım ola bilər. İnqer Andersenin fikrincə, ölkələr indiki öhdəliklərini yerinə yetirməsə və tullantıların həcmi gözəçarpan qədər azalmasa, bir neçə ilə Paris sazişini ölmüş saymaq olar. Onun dediyinə görə, 2 dərəcəli hədd intensiv terapiya şöbəsində 1.5 dərəcənin yerini tutacaq. Xatırladaq ki, Bakıdakı sammitdən sonra növbəti COP30 Braziliyada keçiriləcək. Orada hökumətlər 2035-ci ilədək tullantıların Paris sazişinə uyğun şəkildə azaldılmasına dair yeni planlarını təqdim etməlidir. COP30-a qatılanlar Bakı sammitinin yekunlarına dair yeni uzunmüddətli “maliyyə hədəfi”ni də razılaşdırmalıdırlar. Hələ 2009-cu ildə illik 100 milyard dollar həcmində vəsait müəyyənləşdirilsə də, bu göstəriciyə yalnız 2022-ci ildə nail olunub. İnkişaf etməkdə olan ölkələr maliyyə hədəfinin 1 trilyon dollardan çox olmasını, inkişaf etmiş ölkələrsə Çin kimi iqtisadiyyatı olanların da ayırdığı vəsaitin artırılmasını görmək istəyir. Qeyd edək ki, ötən il Aİ, ABŞ, Braziliya, Çin, Hindistan, İndoneziya və Səudiyyə Ərəbistanının üzv olduğu “Böyük 20-lik” ölkələri istixana qazlarının toplam həcminin 77 faizinə cavabdeh idi. Müqayisə üçün, Afrikanın 55 ölkəsi atmosferə cəmi 6 faiz tullantı atıb. Araşdırmalara görə, iqlim dəyişikliyi ilə mübarizəyə investisiyalar 7,1 trilyon ABŞ dolları həcmində gəlir gətirə bilər. Bu, yalnız gələcəkdə daha yüksək xərclərin qarşısını almaqla yanaşı, həm də innovasiyalara təkan verəcək və bir çox əlavə sosial faydalar əldə etməyə imkan verəcək.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031