KÖHNƏ VERSİYA            

Ermənistan Qərbin sanksiyalarını pozdu - iqtisadi-ticarət artımının tək səbəbi budur...

Image

Qərb üçün Ermənistan iqtisadiyyatının inkişafı Rusiyaya effektiv sanksiya tətbiq etməkdən daha vacibdir

Ermənistan  iqptisadiyyatının son dörd il ərzində sürətlə inkişaf etməsinin səbəbi nədir? Düzdür, Ermənistan statistikası ilə Aİİ statistikasını müşahidə etdikdə, ermənilərin göstəriciləri bir necə dəfə şişirtdiyinin şahidi oluruq. Amma bununla belə, real rəqəmlər də inkişafın yüksək olduğundan xəbər verir.

Məsələn, 2024-cü ilin yanvar-sentyabr aylarında Ermənistanda iqtisadi fəallığın göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb. Bu barədə Ermənistanın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əsas artım aşağıdakı sektorlar tərəfindən təmin edilib:

sənaye - 12,6%

Tikinti - 15,9%

Ticarət dövriyyəsi - 19,5%

Xidmətlər - 5,9%

Kənd təsərrüfatı - 1,8%

İxrac - 105,1%

İdxal - 54,2%.

2024-cü ilin yanvar-avqust aylarında isə Aİİ-də tikinti işlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb

İttifaqın bütün ölkələrində artım müşahidə olunub. Ən yüksək göstərici Qırğızıstandadır (38%). Sonrakı yerləri 9,5 faizlə Belarus və 8,8 faizlə Qazaxıstan, 6,6 faizlə Ermənistan, 2,8 faizlə Rusiya tutur.

Bu göstəricilər ondan xəbər verir ki, Ermənistanda iqtisadiyyat əsasən xarici və daxili ticarət dövriyyəsinin hesabına artıb. Məsələn, xarici ticarət dövriyyəsi 105,1 faiz, daxili ticarət dövriyyəsi isə 19,5 faiz artıb.

Bu da ondan irəli gəlir ki, Ermənistan hökuməti Aİİ çərçivəsində birləşən bütün ölkələrlə ticarət əlaqələrini gücləndirir, müxtəlif ölkələrdə erməni sahibkarlarının iştirakı ilə biznes-forum təşkil edilir.

Məsələn, bu ilin avqust ayında 50-dən çox erməni sahibkarın iştirakı ilə Qazaxıstanda biznes-forum keçirildi və həmin biznes-forumda erməni sahibkarlarla Qazaxıstan sahibkarlari arasinda yüzlərlə biznes müqavilələri bağlandı. Hazırda həmin müqavilələrin çoxunun icrasına başlanılıb. Digər ölkələrlə də Ermənistan əlaqələrini sıxlaşdırmaqda maraqlıdır.

Bununla yanaşı, Ermənistanla Rusiya arasında çox sıx ticarət əlaqəsi var. Bu əlaqələr həm Rusiya üçün həyati vacib əlaqələrdir, həm də bu, Ermənistanın işinə yarayır.

Belə ki, Rusiyanın qiymətli metallar bazarının 20 faizindən çoxu Ermənistanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin inhisarındadir. Hazırda Rusiyanın qiymətli metalları və daş-qaşları Ermənistan biznesmenləri tərəfindən Dubayda və digər ərəb ölkələrində satışa çıxarılır. Bu, sanksiyalar altında inləyən Moskva üçün nəfəslikdir.

Ermənistan statistika qurumunun ötən ilin ilk 9 ayı ilə bağlı açıqladığı rəqəmlərə görə, BƏƏ-nin bu ölkəyə yatırdığı investisiyaların həcmi 305 milyon dollar olub. Ermənistana yatırılan investisiyaların həcminə görə ənənəvi olaraq lider sayılan Rusiyadan gələn xarici investisiyaların həcmi isə eyni dövrdə 250 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, BƏƏ Azərbaycana ötən il cəmi 67 milyon dollar investisya qoyub.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dolları keçib. Bu, 2022-ci ilin eyni dövri ilə müqayisədə üç dəfəyə yaxın artım deməkdir. Bu il həmin rəqəmin 5 milyard dollara çatacağı gözlənilir.

Onu da vurğulayaq ki, Ermənistan həm ərəb ölkələrinə Rusiya qiymətli metal və daş-qaş ixracından pul qazanır, həm də ərəb ölkələrindən, əsasən də BƏƏ-dən Rusiyaya sanksiyalardan yayındıraraq hərbi texnikanın təmiri və istehsalı üçün çiplər və digər elektron vasitələrin tranzitini həyata keçirir. Ermənilər çip və elektron vasitələrin tranzitindən daha çox mənfəət əldə edir, nəinki qızıl və daşqaş ticarətindən...

Ukraynaya hücumdan sonra Rusiyaya sanksiyalar tətbiq edildiyindən rusiyalı sahibkarların idxal və ixrac əməliyyatları çətinləşib. Belə olan halda son iki ildə Rusiyanın idxal və ixracında Ermənistan yüksək rol oynamağa başlayıb. Belə ki, Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir.

2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur.

2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib.

Fikrimizcə, Ermənistan iqtisadiyyatının belə sürətlə inkişaf etməsinin əsl səbəbləri aydındır. Ermənistan Rusiyadan asılı olsa da, bu birtərəfli deyil, Moskvanın da sanksiyalardan yayınmaq üçün İrəvana ehtiyacı var.

Lakin Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına bir vasitə olmasına Qərb və Amerika göz yumur. Görünür, Qərb və Amerika üçün Ermənistan iqtisadiyyatının inkişaf etdirilməsi Rusiyaya qarşı effektiv sanksiya tətbiq etməkdən daha vacibdir.

Akif NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031