4 noutbuk oğurladılar, başqa bir mağazada isə işçinin telefonunu apardılar
Paytaxtda daha bir oğurluq hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonu oğurlanıb.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüsal Hacıbəyov və Ucar rayon sakini Fəqan Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.