Bakıda “Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO” mövzusunda dəyirmi masa keçirilib
Bakıda ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə “Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə NATO-nun İnnovasiya, Hibrid və Kiberməsələlər üzrə bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəis müavini-şöbə müdiri Anar Mütəllimov tədbirdə açılış nitqi ilə çıxış edib.
Sonra enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Mətləb