Azərbaycan NATO ilə siyasi əməkdaşlığı inkişaf etdirir - XİN rəsmisi
Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Anar Mütəllimov enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan-NATO” tədbirində çıxış edib. XİN rəsmisi bəyan edib ki, Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır və regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə vermək üçün alyansla geniş spektrli məsələlərlə bağlı siyasi əməkdaşlığı inkişaf etdirir.
Mətləb Salahov