Bərdənin “Smerç” raketləri ilə atəşə tutulmasından 4 il ötür
Müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 28-də Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutmasından dörd il ötür. Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 nəfər qəsdən öldürülüb, 83 nəfər xəsarət alıb.
Bərdə şəhərinin 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Mətləb Salahov