Nostradamus və “Baba Vanqa”nın 2025-ci il üçün proqnozları - Avropada dəhşətli müharibə olacaq…
Kəhanətləri ilə dünyada məşhur olan Nostradamus və Baba Vanqanın 2025-ci il üçün söylədikləri proqnozların üst-üstə düşdüyü ortaya çıxıb.
Qeyd edək ki, 1911-ci ildə Makedoniyada anadan olan Vanqeliya Pandeva Dimitrova bütün dünyada “Baba Vanqa” kimi tanınır. Ömrünün çox hissəsini Bolqarıstanda keçirən və bitki mütəxəssisi olan “Baba Vanqa”nın həm də mistik gücə malik olduğu iddia edilir.
“Baba Vanqa”nı tədqiq edən və araşdıran bir çox insan onun yaxın keçmişdə yaşanan bir sıra mühüm hadisəni öncədən gördüyünü iddia edir. Bunlardan ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.
Vanqaya görə, 2024-cü ildə xüsusilə Avropada terror hücumları artacaq. Eyni zamanda, 2024-cü ildə bir super dövlət öz bioloji silahlarını sınaqdan keçirəcək və ya başqa ölkədə istifadə edəcək.
Vanqaya görə,
- Ölkələrin artan borcları və gərginləşən geosiyasi problemlər səbəbindən qlobal iqtisadiyyat 2024-cü ildə böyük iqtisadi böhran yaşayacaq.
- Yer atmosferində karbon qazının artması səbəbindən temperatur hər il yüksəlir. Bu kontekstdə Vanqa 2024-cü ildə dəhşətli iqlim hadisələri və təbii fəlakətlərin baş verəcəyini proqnozlaşdırıb.
- Proqram təminatı sahəsindəki inkişafdan sonra, sayları artan hakerlər bir çox ölkənin elektrik, su, təmizləmə və digər mühüm infrastrukturlarını hədəfə alacaq. Bir çox ölkədə təhlükəsizlik boşluğuna görə xaos yaşanacaq.
İddialar görə, Nostradamus və “Baba Vanqa” 2025-ci il üçün Avropada ölümcül müharibənin olacağını proqnozlaşdırıblar.
Nostradamus “Avropa torpaqlarının amansız müharibələrə cəlb olunacağını” deyib, “Baba Vanqa” isə 2025-ci ildə Avropada müharibənin başlayacağından narahat olduğunu və bunun qitə əhalisini “məhv edəcəyini” bildirib.
Qeyd edək ki, fransız görücü Nostradamus 1566-cı ildə, bolqar görücü “Baba Vanqa” 1996-cı ildə vəfat edib.
TAHİR