"Beynəlxalq müşahidə missiyalarının bəyanatlarından aydın oldu ki, seçkilərin legitimliyinə heç bir şübhə yoxdur" - İrakli Kobaxidze
Biz beynəlxalq müşahidə missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransında seçkilərin legitimliyi ilə bağlı heç bir şübhə və ya sual işarəsinin olmadığını açıq şəkildə bildirdik. Əksinə, bunun rəqabətli olduğu və ümumilikdə bu qiymətləndirmənin verilən mənzərəni əks etdirdiyi vurğulanıb. Bunu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidzenin sözlərinə görə, seçkilər rəqabətli, seçki prinsiplərinə uyğun keçirilib.
“Bundan başqa, qeyd etmək lazımdır ki, çıxış edənlər bu seçkiləri dəyərləndirərkən konkret terminlərdən istifadə ediblər. Söhbət seçilmiş hökumətdən gedirdi, bu da birbaşa seçkilərin tam legitim tanınması deməkdir. Bu çox vacibdir və mən bütün missiyalara təşəkkür etmək istəyirəm”, – deyə Kobaxidze bildirib.
ZÜMRÜD