"Özbəkistanda parlament seçkiləri çox yaxşı təşkil olunub" - Məzahir Pənahov
Azərbaycanın böyük nümayəndə heyəti ilə Özbəkistanda keçirilən parlament seçkilərində iştirak etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğundir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Daşkənddə 110 saylı məktəbdə açılan 105 saylı seçki məntəqəsində deyib.
“Özbəkistan tərəfi də bunu yüksək qiymətləndirir. Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev ilə görüşüm zamanı o bildirib ki, Azərbaycan bizim ən yaxın, ən doğma qardaşımızdır”, - deyə M.Pənahov bildirib.
Azərbaycan MSK sədri qeyd edib ki, Özbəkistanda parlament seçkiləri çox yaxşı təşkil olunub.
“Müşahidəçilərlə söhbət zamanı hansısa xoşagəlməz hallarla bağlı fikirlər səslənməyib. Umümilikdə seçkilər sakit şəraitdə davam edir”, - deyə o bildrib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.