Özbəkistan prezidenti parlament seçkilərində səs verdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ailə üzvləri ilə birlikdə Daşkəndin Mirzo-Uluqbek rayonunun 59 saylı seçki məntəqəsində olub və səsvermədə iştirak edib.
Seçki məntəqəsində vətəndaşlarla görüşən Mirziyoyev, doğma vətənlərinin, regionlarının taleyinə bağlılıq hissi ilə seçkilərdə fəal iştirak etdiklərinə görə onlara minnətdarlığımı bildirib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
MSK-nın seçkilərin ilkin nəticələrini oktyabrın 28-də açıqlaması gözlənilir.
ZÜMRÜD