Özbəkistanda parlament seçkiləri keçirilir
Özbəkistanda ölkənin Ali Məclisinin (parlament) Qanunvericilik Palatası və yerli xalq deputatları şuralarına seçkilər üçün seçki məntəqələri açılıb.
Trend-in məlumatına görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayevin müraciətində deyilir
MSK sədri yerli vaxtla saat 8:00-da 11 028 seçki məntəqəsinin açıldığını bildirib.
"Həmçinin, Şərq ölkələrində yaradılmış seçki məntəqələri də daxil olmaqla, 40 xarici ölkədə Özbəkistan Respublikasının diplomatik və konsulluq müəssisələrində 57 seçki məntəqəsi fəaliyyətə başlayıb", - deyə o bildirib.
Nizamxocayev qeyd edib ki, cari seçkilərdə seçki prosesinin avtomatlaşdırılmış idarəetmə sisteminin elektron seçici siyahısında 19 milyon 944 min 859 seçici qeydə alınıb. Bundan başqa, xaricdə 165 min 631 seçici qeydiyyatdan keçib.