KÖHNƏ VERSİYA            

Qərbin Gürcüstanı vassala çevirmək cəhdləri boşa çıxır

Image

Gürcüstan vətəndaşları oktyabrın 26-da parlament seçkilərinə qatılmaq üçün səsvermə məntəqələrinə üz tutacaqlar. Bu səsvermə ölkənin indən belə hansı yolu seçəcəyini müəyyənləşdirəcək.   

2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu” seçkiləri sülh və savaş arasında seçim adlandırıb. İqtidar partiyasının fikrincə, müxalifət hakimiyyətə gələrsə, bu, Gürcüstanı Rusiya ilə daha bir müharibəyə sürükləyəcək.

Müxalifətin gözündə bu seçkinin sonucları Qərblə Rusiya, demokratiya ilə avtoritarlıq arasında seçim deməkdir. ABŞ və Avropa rəsmiləri də bu fikirləri öz çıxışlarında təkrarlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bu fonda qeyd edib: “Həqiqət anı olacaq bu səsvermədə gürcüstanlılar hansı yolu seçdiklərinə - Avropaya yaxınlaşmağa və ya ondan uzaqlaşmağa qərar verməlidirlər”. Ekspertlər isə hesab edirlər ki, bu, Gürcüstanın daxili işlərinə birbaşa müdaxilədir. Onu da xatərladaq ki, “Gürcü Arzusu” Qərbin xoşuna gəlməyən mübahisəli qanunlar qəbul edib və bunu ölkədəki xarici təsirlərə dirəniş kimi əsaslandırıb. Söhbət “LGBT təbliğatı”nın yasaqlanmasını və xaricdən maliyyələşən QHT və media qurumlarının “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edən qanunlardan gedir. Sonuncunun qüvvəyə minməsi yazda böyük etirazlara yol acıb. Seçkilər yeni elektoral sistem üzrə keçiriləcək. Parlamentə düşmək istəyən siyasi qüvvələr 5 faizlik həddi aşmalıdır. Bu, Gürcüstanın çoxsaylı və parçalanmış müxalifət partiyalarını bəlli dərəcədə əməkdaşlığa, həmin həddi adlaya biləcək koalisiyalar yaratmağa sövq edib. Nəticədə dörd müxalifət qüvvəsi formalaşıb: İndi həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu keçmiş hakim “Vahid Milli Hərəkat” partiyasının başçılıq etdiyi “Gürcüstanın xilası üçün Birlik”; Bir vaxtlar “Vahid Milli Hərəkat” ilə bağlantılı şəxslərdən oluşan “Dəyişiklik naminə Koalisiya”; Eyni zamanda “Vahid Milli Hərəkat”a  və “Gürcü Arzusu”na bənzəməyə çalışan eklektik ideolojı baxışlı “Güclü Gürcüstan koalisiyası”; 2019-2021 illərdə “Gürcü Arzusu” hökumətinin baş naziri olmuş və sonradan onunla yollarını ayırmış Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası. Bu dörd siyasi qüvvə seçkiöncəsi vədlərində bəlli fərqliliklər göstərsə də, “Gürcü Arzusu”   partiyasını hakimiyyətdən uzaqlaşdırmaq məqsədi onları birləşdirir. Sözügedən siyasi qurumların dördü də prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan xartiyası”nı imzalayıb. Müxalifət qələbə çalarsa, tərəflər Qərblə yaxşı əlaqələri bərpa etmək və “Gürcü Arzusu” nun Qərbdə bəyənilməyən qanunlarını geri çağırmaqdan ötrü Zurabişvilinin texnokrat hökumət formalaşdırmasına razılıq verəcəklər.  Müstəqil namizəd kimi 2018-ci ildə seçilən və o vaxt “Gürcü Arzusu”nun dəstəklədiyi Zurabişvilinin prezidentlik dönəmi bu ilin sonunda başa çatır. Hakim partiyanın, ənənəvi olaraq, elektoral üstünlüyü var. Hökumət işçiləri və ailələri, təbii ki, iqtidardakı partiyaya səs verir. Qərb müşahidəçiləri ölkədəki əvvəlki seçkiləri tam olmasa da, legitim sayıb. “Gürcü Arzusu”nun liderləri bəyan ediblər ki, məqsədləri seçici səslərinin çoxu deyil, konstitusiya çoxluğunu - parlamentdə 150 yerdən 113-nü qazanmaqdır. Bu, onlara daha yekdil idarə imkanı verəcək. Onlar belə çoxluqla “antiLGBT qanunu”nu sərtləşdirəcəklərinə və əsas müxalifət partiyalarını yasaqlayacaqlarına söz veriblər. Hakim qüvvənin fikrincə, müxalifət partiyaları 2008-ci ildə Rusiyaya qarşı müharibəni təhrik etməkdə və ölkəni yeni müharibəyə sürükləməkdə məsuliyyət daşıyır.

Sonuclar bilinmədiyindən Gürcüstan cəmiyyətinin böyük bölümü seçkilərdən sonra baş verə biləcək iğtişaşlardan narahatdır. Gürcüstan öz tarixində ilk dəfə yeni elektron səssayma sistemindən yararlanacaq. Qalib qüvvənin səsvermə günü axşam saat 8-dən - məntəqələr bağlanandan bir-iki saat sonra bilinəcəyi gözlənilir.  Gürcüstanın “Xalqın Gücü” partiyasının üzvü, politoloq David Kartvelişvili bildirib ki, bəzi xarici qüvvələr Qərbin dəstəyi ilə qeyri-hökumət təşkilatları və müxalifəti maliyyələşdirərək ölkədə xaos yaratmağa çalışırlar: “Əgər bu cür cəhdlər olmasaydı, bəlkə də Gürcüstanda belə qütbləşmə yaşanmazdı. Lakin düşünürəm ki, bu, ciddi bir təsirə malik olmayacaq. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası seçkiöncəsi verdiyi vədləri yerinə yetirməklə qütbləşməni aradan qaldırmağı bacaracaq”. Kartvelişvili qeyd edib ki, bəzi hesabatlarda Gürcüstanda cəmiyyətin və medianın qütbləşməsinə toxunulur, lakin bu problem yalnız Gürcüstana aid deyil: “Bu cür hallara Amerika Birləşmiş Ştatlarında və Avropada da yerli və mərkəzi seçkilərdə rast gəlinir”. O, həmçinin vurğulayıb ki, bu il keçiriləcək parlament seçkiləri müstəqil Gürcüstan tarixində mühüm yer tutacaq. Kartvelişvili əlavə edib ki, seçkilərlə əlaqədar olaraq 6 ay əvvəl Gürcüstana Avtoritar Arbitraj Komissiyasının üzvləri dəvət olunub. Bu komissiya Gürcüstandakı seçki mühitini qiymətləndirmək üçün müşahidələr aparıb. Bundan əlavə, Amerikadan gələn bir audit şirkəti də yenilənmiş elektron seçki sistemini yoxlayıb və texnoloji cəhətdən mükəmməl olduğunu təsdiqləyib. Hər iki qrupun hesabatları müxalifətin iradlarını əsassız çıxarıb. Politoloq bildirib ki, Avtoritar Arbitraj Komissiyasının ilkin qiymətləndirmələrində də Gürcüstanda seçki mühitinin sakit və rəqabətə açıq olduğu qeyd olunub. Gürcü ekspert Edişer Qvenitadze isə qeyd edir ki, Gürcüstan müxalifəti əslində müxalifət kimi deyil, xaricdən, əsasən də Qərbdən idarə olunan və ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir: “Məqsədləri Gürcüstanı və Cənubi Qafqazı Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdir. Xalq da bunu yaxşı anlayır”. Ekspert qeyd edib ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının ən azı 60% səs toplayaraq qalib gələcəyi proqnozlaşdırılır. O, həmçinin Gürcüstan və Azərbaycan xalqlarının hər zaman birgə mübarizə apardıqlarını qeyd edib. Bildirib ki, Gürcüstanda müharibənin baş verməsi regionun təhlükəsizliyinə də mənfi təsir göstərə bilər: "Hazırda gürcü xalqı milli və xilas olma mübarizəsi aparır. Biz Şərq, Qərb, Cənub və Şimal dövlətləri ilə dostluq əlaqələri qurmağa çalışırıq, lakin ölkəmizdə ailə dəyərlərinə zidd olan halların normal qəbul edilməsinə icazə verməyəcəyik”.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031