KÖHNƏ VERSİYA            

ABŞ seçkilərində “xristian həmrəyliyi” faktoru önə çıxarılır - dünya üçün təhlükəli təzahür...

Image

Məhərrəm Zülfüqarlı: “Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir” 

Son dövrlər bəzi xristian dövlətlər “xristian həmrəyliyini” həddindən artıq çox gündəmə gətirirlər, bununla bəşəriyyət üçün təhlükələr yaratmağa çalışırlar. Ümumiyyətlə isə, bu amildən daha çox prezidentliyə namizədlər istifadə edir. 

Götürək elə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Trampı. Tramp da əvvəlki seçki kampansiyasından fərqli olaraq, budəfəki seçki kampaniyasında “xristian həmrəyliyi” məsələsini əlində bayraq edib. Bu azmış kimi, Qarabağın adını da təhrif edib. 

ABŞ-də prezidentliyə namizəd Donald Tramp öz sosial şəbəkə hesabında yazdığı postda Qarabağı “Artsax” kimi təqdim  edib: “Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”.

Bunu Tramp yazıb və deyir ki, o prezident seçilməsə xristian dünyası “təhlükədə” olacaq. 

“Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır”

Məsələyə şərh verən siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, indiki dövrdə dünyanın əsas diqqəti Gürcüstan və Amerikada keçiriləcək seçkilərdədir. Bizi Gürcüstan daha çox maraqlandırır, çünki qonşu ölkədir. Amerika isə dünya güclərindən biridir, bu baxımdan bizim diqqətimizi cəlb edir. Amma hər iki seçkidə Rusiya-Amerika amili önə çıxır. Ona görə də, Amerikada keçiriləcək seçilərdə kimin qalib gəlməsi məsələsi müzakirə oluna bilər. Ancaq bir şeyi yadda saxlamaq lazımdır ki, demokratik ölkələrdə prezidentin, yaxud parlamentin seçdiyi baş nazirin sözü əsas olur. Prezidentli respublikadırsa prezidentin səlahiyyətləri çox olur, parlamentli respublikadırsa paralamentin seçdiyi baş nazirin üstünlüyü çoxdur.  Yəni bu, avtoritar rejimlərdən fərqlidir. Məsələn, biz Rusiya ilə ABŞ-ı müqayisə etsək, Amerika prezidentinin səlahiyyətində ancaq xarici siyasətdir və o daxili işə qarışmır, o halda qarışır ki, konstitutsiya pozulur və o da konstitutsiyanı bərpa etmək üçün addım atır, sonra isə çəkilir. ABŞ-ın güclü olmasının əsas səbəbi odur ki, ölkəni kiçik qəsəbədən tutmuş böyük ştatlara qədər seçkili qurumlar, bizim anlamda da desək, yerli özünüidarə qurumu olan bələdiyyələr idarə edir. Prezidentin bura qarışacağı yoxdur. Bu mənada Amerika Rusiyadan fərqlənir və inkişaf edən demokratik ölkədir. Rusiya ilə müqayisə etsək, Rusiya prezidenti, yadınızdadırsa, Ukrayna ilə müharibəyə başlamazdan əvvəl ətrafını televizora çıxardı və gözü ilə, qaşı ilə işarə göstərib məcbur etdi ki, müharibəni müdafiə etsinlər. Bir nəfər onun əleyhinə çıxmadı. Amma Amerikada bu ola bilməz. Orda prezident seçkilərində iki partiya - Demokratlar və Respublikaçılar iştirak edir, amma yerli idarəetmə orqanlarına seçkilərdə müxalifət partiyaları da iştirak edir. Ola bilsin, prezident Respublikaçı olsun, amma Konqresin, Senatın üzvlərinin əksəriyyəti Demokratlardan ibarət ola bilər. Yəni bu da perzidentin təkhakimiyyətliliyinə imkan vermir. Onun siyasətini tənqid edənlər, ona tənqidi yanaşan partiyalar, mətbuat və sair var. Ona görə də, prezident istədiyini edə bilməz”. 

Trampın fikirlərinə gəlincə, M.Zülfüqarlı bildirdi ki, 

“xristian həmrəyliyi” və saxta “120 min erməni” amilindən Tramp seçki kampaniyasında uğur qazanmaq üçün istifadə edir. M.Zülfüqarlının fikrincə, ABŞ prezidentliyinə namizəd D.Trampın əsas məqsədi seçiciləri ələ almaq, seçkilərdə qalib gəlməkdir. “Tramp seçiciləri ələ almaq, onların səslərini qazanmaq üçün çox sözlər deyə, çox vədlər verə bilər, amma seçiləndən sonra onun üçün ABŞ-ın dövlət maraqları önə keçir. ABŞ Konqresi də, Senatı da, prezident də Amerikanın dövlət maraqlarından çıxış edir. İndiki dövrdə Azərbaycana münasibətdə Amerikanın mövqeyi məlumdur. Azərbaycan Rusiya ilə yaxındır, Ermənistan isə Qərbə yaxınlaşır, Paşinyan hökuməti Qərb səmtə üz tutur. Onların məqsədi odur ki, uzun illər Rusiyanın forpostu olan Ermənistanı Rusiyadan tamamilə qoparsınlar. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var, Cənubi Qafqazda maraqları genişdir. Bu saat Gürcüstandakı seçkilərlə bağlı mübarizə gedir, Gürcüstanı yenidən tam öz əlinə keçirmək istəyir”. 

M.Zülüfqarlı bildirdi ki, Azərbaycanın isə indiki dövrdə Rusiya ilə əməkdaşlığı, ikitərəfli müttəfiqlik müqaviləsi bağlaması, əlbəttə, Qərbin ölkəmizə olan münasibətini dəyişir. “Amma bu o demək deyil ki, bu elə bu cür də olacaq. Sabah vəziyyət dəyişsin, Rusiya-Ukrayna müharibəsi başa çatsın, Rusiya get-gedə zəifləyib imperiya parçalananda, şübhəsiz, Azərbaycan Qərbə daha çox lazımdır, nəinki kasıb, kiçik Ermənistan. Çünki Azərbaycanla Qərbin əlaqələri daha genişdir və Azərbaycanı müdafiə edən Qərb ölkələrindən biri İngiltərədir. Ona görə ki,  BP şirkəti Azərbaycanda neft yataqlarının istismarında uzun müddətdir ki, aparıcı rol oynayır. 

Bu baxımdan, biz narahat olmamalıyıq ki, Tramp prezident seçkiləri kampaniyasında “xristianlıq həmrəyliyindən” çıxış edib, erməniləri hansısa formada müdafiə edib. Bunlar hamısı seçiciləri ələ almaq üçündür. İnanıram ki, Amerikada kimin qələbə çalmasından asılı olmayaraq, Cənubi Qafqazda Rusiyanın mövqeyi zəiflədikcə Amerikanın hər üç respublikaya siyasəti eyni olacaq. Çalışacaq ki, burda Rusiyanın daha çox mövqeyi itirilsin”. 

M.Zülfüqarlının sözlərinə görə, əslində xristian amilindən istifadə etmək eyni zamanda təhlükəli tendensiyadır. ABŞ-da prezidentliyə namizədlər də yaxşı bilir ki, “Artsax” deyilən bir qurum yoxdur, ora Azərbaycan torpağı Qarabağdır və 120 min erməni “qaçqını” söhbəti də yalandır. “Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir. Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır. Bu bütün bəşəriyyət üçün təhlükə yarada biləcək haldır. Amma hesab edirəm ki, Tramp bu fikirləri işlətsə də, prezident seçilsə bu “vədini” icra etməyəcək”.

M.Zülfüqarlı onu da qeyd etdi ki, ABŞ-da prezidentliyiə namizədlər həmişə erməni faktorundan istifadə edir, bu da ABŞ-dakı ermənilərin səsini qazanmağa xidmət edən bir siyasətdir. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031