KÖHNƏ VERSİYA            

Yağışın ağır nəticələrinə görə kim(lər) cəzalanacaq?..

Image

Oktyabrın 22-si Bakıya yağan yağış bir sıra fəsadlara və faciəyə səbəb olub. Müntəzəm yağan yağışlar bəzi yollarda, tunellərdə subasmaya səbəb oldu, nəticədə avtomobillərin hərəkəti tamamilə dayandı. Şəhərin küçələrində böyük gölməçələr yarandı, bir sıra yerlərdə insanların hərəkəti mümkünsuz oldu. 

Çoxlu sayda avtomobil qəzası da baş verdi. Hətta  Azərbaycanda ilk dəfə olaraq yağışdan sonra yaranan subasma halına görə sürücü və sərnişinin ölməsi faktı da qeydə alındı. Sabunçu rayonunda yerləşən tunellərin birində suyun səviyyəsinin tunel tavanına qədər yüksəlməsi iki nəfərin dünyasını dəyişməsinə səbəb olub.  Baş vermis hadisəyə görə konkret olaraq hələ heç kim cəzalandırılmayıb. Maddi, mənəvi ziyan var, ən önəmlisi, insan ölümü faktı qeydə alınıb. Şəhər təsərrüfatı ilə bağlı aidiyyəti qurumlar cavabdeh olsa da, hələ heç bir qurum cəzalandırılmayıb.

Elçin Bayramlı: “Yağan yağışa görə Bakının bərbad hala düşməsində tək bu gün vəzifədə olanlar deyil, əvvəlki aidiyyəti rəhbərlər də məsuliyyət daşıyır”

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, aidiyyəti qurumların, məmurları günahı ucbatından baş verən faciələrdə heç kim cəzalandırılmır və məsələ bir neçə gün ərzində unudulur: “Ümumiyyətlə, hər hansısa hadisənin müzakirəsi sosial şəbəkədə, sosial mediada yalnız 2-3 gün olur. Sonra məsələ tamamilə unudulur. Normal ölkələrdə belə hallarda aidiyyəti orqanların məsul şəxsləri özləri könüllü şəkildə istefa verir. Çünki insani, vicdani xüsusiyyətlərə görə  hadisədə günahı olan şəxslər könüllü şəkildə istefa verməlidir. Şəxslər özü bu addımı atmırsa, ictimaiyyət bunu tələb etməlidir. İctimaiyyət davamlı şəkildə tələb etməlidir ki, aidiyyəti şəxslər cəzalandırılsın. Şəhər təsərrüfatına aidiyyəti olan qurumların vəzifəli şəxsləri məlum hadisəyə görə ciddi şəkildə cəzalandırılmalıdır. Çünki cəzasızlıq mühiti bu tip faciələrin sayının artmasına səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Bakı şəhəri hazırda xaotik bir bazara çevrilir. Kimin kefi nə istəyib, boş yer görən kimi orda tikib. Hazırda Bakı şəhər sifətindən çıxıb, şəhərə aid heç bir sistem qalmayıb: “Nəqliyyatın hərəkəti bərbad vəziyyətdədir, yüngül yağış zamanı ağır faciələr müşahidə olunur. Təsəvvür edin, Bakıya 1-2 gün ərzində qar yağsa, hər yer buz olar, o zaman paytaxt sıradan çıxacaq, şəhər tam olaraq məhv olacaq. Hələ mən 4-5 ballıq zəlzələ kimi təbii fəlakətləri demirəm. Bakı elə bir vəziyyətə gətirilib ki, şəhər hazırda boğulur. Boş yerlərin göydələnlər üçün satılması, layihələrin icrasının başdansovdu edilməsi, şəhərsalma, kommunal, drenaj sistemlərinin adekvat qurulmaması vəziyyəti bu həddə çatdırıb. Bir neçə gün öncə yağan yağışa görə Bakının bərbad hala düşməsində tək bu gün vəzifədə olanlar deyil, əvvəlki aidiyyəti rəhbərlər də məsuliyyət daşıyır. Bu prosesdə bir-iki yox, çoxlu sayda məsul şəxs cəzalandırılmalıdır. Bir-iki adamın günahı yoxdur, yüzə yaxın şəxs bəlkə də çox məsuliyyət daşıyır. Əminliklə deyirəm ki, yenə də günahı olan şəxslər cəzalandırılmayacaq. Sadəcə, ictimaiyyət bu məsələni davamlə şəkildə gündəmdə saxlayıb, hökumət qarşısında tələb qoymalıdır ki, günahı olanlar ciddi şəkildə cəzalandırılsın. Cəzalandırılma olmazsa bundan da pis hadisələrin şahidi olacağıq”. 

Əkrəm Həsənov: “Yaranmış vəziyyətə görə bir çox dövlət qurumu özünə aid olan məsələlərə görə məsuliyyət daşıyır”

Hüquqşünas Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yağış yağan günü Bakı yollarında sözügedən problemlərin yaranması tikinti zamanı yol verilən nöqsanlarla bağlıdır: “Yaranmış vəziyyətə görə bir çox dövlət qurumu özünə aid olan məsələlərə görə məsuliyyət daşıyır. Amma əsas məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin, onun tabeliyində olan qurumların  üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyəti daha böyükdür. Çünki tikintilərlə bağlı ilkin razılıq şəhər icra hakimiyyətindən verilir. Razılıq vermək nə deməkdir? Razılıq o deməkdir ki, icra hakimiyyəti layihəni digər dövlət təşkilatları ilə hərtərəfli araşdırıb, o cümlədən təhlükəsizlik məsələlərini, risqləri öyrənib və müəyyənləşdirib ki, tikinti layihəsi şəhərsalma norma və qaydalarına uyğundur. Şəhər rəhbəri də etiraf etdi ki, tikinti zamanı hansısa nöqsanlar olub. Ola bilsin, tikinti normalarına əməl edilməyib”.

Fərhad Eyyubov: “Şəhərdə yağış suları ümumi kanalizasiya sistemindən ayrı olmalıdır, paytaxtımızda isə bu məsələ öz həllini tapmayıb”

Nəqliyyat məsələləri üzrə ekspert Fərhad  Eyyubovun sözlərinə görə, yolların kənarında suburaxıcı və suqəbuledici xüsusiyyətə malik traplar mövcuddur. Həmin traplar isə çox vaxt işləmir: “Şəhərdə yağış suları ümumi kanalizasiya sistemindən ayrı olmalıdır. Paytaxtımızda isə bu məsələ öz həllini tapmayıb. Yəni yağış suları ümumi kanalizasiya sisteminə axır.  Beləliklə də yağıntının miqdarı nisbətən çox olan kimi şəhərin bir çox istiqamətində gölməçələr yaranır. Bakının Baş Planında bu məsələ də öz əksini tapıb. Lakin bu problemin necə həll olunacağı isə bilinmir. Nəqliyyat elə bir sistemdir ki,  hər gün dəyişir. Yəni  çox dinamik sahədir.  Bu sahəyə xüsusi dövlət nəzarəti gücləndirilməlidir. Ümid edək ki, yaxın gələcəkdə bu problemin həllində ciddi addımlar atılacaq".

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031