Rusiya ordusu Selidovo şəhərinə daxil olmağa çalışır - şəhər ətrafında ağır döyüşlər gedir...
Rus hərbçilər Donetsk vilayətinin Selidovo şəhərinə daxil olmağa çalışırlar, lakin Ukrayna qüvvələri müdafiəni qoruyub saxlayır və şəhərətrafından rus piyada qruplarını dəf edir. Bunu Ukraynanın Milli Qvardiyasının sözçüsü, polkovnik Ruslan Muziçuk deyib.
“Ruslar şəhərin rayonlarına nəzarəti ələ keçirməyə. Hərçənd, bölmələrimiz şəhərətrafına daxil olmağa və xüsusilə Mixaylovka rayonundan şəhərə girməyə çalışan piyadaları qarşısını alır” – Muziçuk Ukrayna mediasına deyib.
Polkovnikin məlumatına əsasən, ruslar Selidovoya qarşı aviasiya və artilleriyadan fəal istifadə edirlər. O, ötən sutka ərzində Rusiya qüvvələrinin xeyli sayda piyadadan istifadə etməklə Selidovoya 19 hücum həyata keçirdiyini bildirib.
Milli Qvardiyanın nümayəndəsi Rusiyanın 118 itki verdiyini deyib.
TAHİR