Bank kartından oğurluq edən şəxslər ələ keçdi
Bakı şəhər sakini olan bir nəfərin bank kartından oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla 4691 manat vəsaitin həmin şəxsin mobil telefonunda olan tətbiq vasitəsilə oğurlanması məlum olub.
Oğurluq əməlində şübhəli bilinən 18 yaşlı N.Aslanov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.
Eyni zamanda Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində pulu, sənədi və bank kartı olan pulqabısını, sonradan həmin bank kartı ilə alış-veriş edərək vəsaitini oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Ramazanov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
ZÜMRÜD